Buzlaqların əriməsi rekord həddə çatıb

Sürix Universiteti nəzdindəki Ümumdünya Buzlaq Monitorinq Xidməti (ÜBMX) dünya buzlaqlarının sürətlə əridiyini bildirir.Xidmət tədqiqatlara əsasən buzlaqların çoxunun hər il 0,5-1,0 metr səviyyəsində buz təbəqəsi itirdiyin nəzərə çatdırır. Qurum bu göstəricinin XX əsrin orta göstəricilərindən 2-3 dəfə çox olduğunu bəyan edir. Bu prosesi “qlobal fenomen” sayan qurum iqlim dəyişikliklərinin təsiri olmadan da buzlaqların sürətlə əriməkdə davam edəcəyini proqnozlaşdırıb.

Tədqiqatlara görə, buzlaqların əriməsinin əsas hərəkətverici qüvvəsi hərarətin bütün dünya üzrə getdikcə artmasıdır. XVI-XIX əsrlərə aid “kiçik buz dövrü”ndə buzlaqların sahə və həcmi artsa da, hazırda bir çox amillərin təsirilə “qlobal tendensiya hərarəti” getdikcə artır.

Tədqiqatlara görə, Alp dağları, Alyaska yarımadasındakı buzlaqlar ən çox təhlükə altıənda olan regionlardır. Bəzi regionlarda, xüsusilə Norveçdə buzlaqların sahəsinin artması kimi təsəlliverici müşahidələr də var.

Xidmət tədqiqatın nəticələrini 120 ildən yuxarı aparılan mərkəzləşdirilmiş reyestrin məlumatları əsasında tərtib edir. Adı çəkilən reyestrdə dünya üzrə 2300 buzlağa aid məkandan, havadan və kosmosdan 47000 məlumat toplanıb

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar