“Qarabağ”ın rəqibi Respublika stadionundan imtina etdi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Şotlandiyanın "Seltik" klubunu qəbul edəcək.Sport7.az xəbər verir ki, qarşılaşma öncəsində problem yaranıb.

Belə ki, bu gün axşam Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxmalı olan qonaq rəsmilər günorta saatlarında mərkəzi arenaya baş çəkiblər. Şotlandlar meydançanın durumu ilə tanış olandan sonra qarabağlılara oyunöncəsi son hazırlığı başqa arenada keçirmək istədiklərini bildiriblər.

Təmsilçimiz də qlazqoluları razı salmaq üçün alternativ variant axtarışına çıxıb.

Saytın yaydığı məlumata görə, ağdamlılar hətta "Bakcell Arena"nı xidmətindən yararlanmaq istəyiblər. Hətta bununla bağlı stadionun məxsus olduğu AFFA-ya müraciət də ünvanlanıb. O da bildirilib ki, Assosiasiyadan müsbət cavab alınmayacağı halda məcburən oyunöncəsi məşq Respublika stadionunda keçiriləcək. Amma qonaqların ixtiyarına "Qarabağ" bazasının verilmə variantı da olub.

Lakin sonradan məsələ çözülüb. Daha dəqiq desək, son anda "Seltik" tərəfi razı salınıb. Qonaqlar məşqi Respublika stadionunda edəcək. "Qarabağ" isə bu gün mərkəzi arenaya çıxmayacaq. Belə ki, ağdamlılar oyunöncəsi məşqi Suraxanıdakı bazanın stadionunda ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar