Kiyevdə toqquşmalar (CANLI)

Kiyevin mərkəzinə ağır hərbi texnika gətirilib.

APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Qruşevski küçəsində etirazçıları sıxışdıran xüsusi təyinatlılara kömək üçün əraziyə “BTR” göndərilib.

“Espreso” telekanalın yaydığı xəbərə görə, hazırda “Berkut” xüsusi təyinatlıları müxalifətin Qruşevski küçəsində yerləşən qərargahını ələ keçirməyə çalışır.

***

Kiyevdə “Berkut” xüsusi təyinatlıları və Daxili Qoşunlar nümayişçiləri Nazirlər Kabinetinin binasının yerləşdiyi Qruşevsk küçəsindən uzaqlaşdırıb.

APA-nın “5-ci kanal” və “RBK Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, güc strukturlarının nümayəndələri gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər qarla doldurduqları kisələrdən və təkərlərdən 2 metr hündürlüyündə barrikada qursalar da, xüsusi təyinatlıların güclü təzyiqi nəticəsində Müstəqillik meydanına doğru geri çəkilməyə məcbur olublar.

Kiyevdə atəş səsləri də eşidilir. Yaralanan fəallardan birini təcili yardım maşını aparıb. Gərginlik davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar