Türkiyə ordusunda kadr dəyişiklikləri - SİYAHI

Türkiyənin baş naziri Əhməd Davudoğlunun başçılıq etdiyi Ali Hərbi Şuranın toplantısı keçirilib.Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, toplantının ilk günündə Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti böyük ölçüdə müəyyənləşdirilib.

Təqaüdə çıxacaq Baş Qərargah başçısı general Necdət Özəlin yerinə Quru Qüvvələrinin komandiri general Hulusi Akar gətiriləcək. Akarın boşalan yerinə isə 1-ci ordu komandiri Saleh Zəki Çolakın gətirilməsi gözlənilir.

Dəniz və Hava Qüvvələrin komandirlərinin vəzifə müddətinin bir il uzadılması, general Abdullah Atayın təqaüdə çıxması ilə boşalan Jandarma Komandirliyinə Egey Ordusunun komandiri general Galib Mendinin gətiriləcəyi bildirilir.

Baş Qərargahın ikinci başçısı general Yaşar Gülərin isə gələn il Jandarm, 2017-ci ildə isə Quru Qüvvələrinin komandirliyinə gətiriləcəyi deyilir. Yaşar Gülərin 4 il Baş Qərargah rəisi olacaq Hulusi Akarın 2019-cu ildə boşalacağı kreslosuna oturma ehtimalı ən yüksək olan şəxs olduğu qeyd edilir.

Ali Hərbi Şuranın toplantısı sabah başa çatacaq. Toplantıda qəbul olunan qərarlar prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildikdən sonra ictimaiyyətə açıqlanacaq. Prezidentin imza atması ilə qərarlar qüvvəyə minəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar