Qaz kəmərimiz Gürcüstanı hərəkətə keçirdi - VİDEO

Bakı-Tiflis-Ərzurum təbii qaz xəttinin partladılmasından sonra Gürcüstan ərazisindən kəmərin təhlükəsizlik məsələsi gündəmə gəlib.ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, Bakı-Tiflis-Ərzurum qaz kəmərinin 248 km-lik hissəsi Gürcüstan ərazisindən keçir ki, həmin hissənin mühafizəsi məsələsinə bu ölkənin energetika nazirliyi nəzarət edir.

Gürcüstanın energetika nazirinin müavini Məryəm Vanişvili deyir ki, Gürcüstan istər Bakı-Tiflis-Ərzurum, istərsə də digər birgə layihələrin təhlükəsizliyi məsələsini yüksək səviyyədə təşkil edir və bu layihələr üçün Gürcüstan ərazisində hər hansı bir təhlükə görünmür.

Nazir mavinin sözlərinə görə, ölkəsi qonşu Azərbaycan və Türkiyə ilə sıx strateji əməkdaşlıq münasibətlərini qoruyub saxlamaq və bunu daha da genişləndirmək niyyətindədir. Bunun üçün isə ilk növbədə etibarlı tərəfdaş obrazı yaratmaq lazımdır ki, Gürcüstan da bunu ilk növbədə təhlükəsizlik məsələsinə ciddi yanaşmaqla yerinə yetirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar