İran və ABŞ ortaq Ticarət Palatası yaradacaq

İran və ABŞ ortaq Ticarət Palatası yaratmağa hazırlaşır. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, Vaşinqtonun belə bir birgə qurum yaratmaq üçün hazırlıq işlərinə başlaması haqda informasiyanı İranın Ticarət-Sənaye Palatasının başçısı Möhsün Cəlalpur da təsdiqləyib.

İran qanunlarına əsasən, Tehran ABŞ-la işləmək üçün Ticarət Palatasını analoji qurum Vaşinqton tərəfindən yaradılandan iki ay sonra yarada bilər.

Cəlalpurun sözlərinə görə, Amerika tərəfi iqtisadi əməkdaşlığa dair məsələlərlə bağlı danışıqlar uşun İrana hələ sifariş göndərməyib. Bundan əlavə, o qeyd edib ki, belə bir təşəbbüs İran prezidenti Həsən Ruhaninin BMT Baş Məclisinin sessiyasında iştirak üçün ABŞ-a gözlənilən səfəri zamanı müzakirə predmeti ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar