Bərzani yəzidi kürdlərə müraciət etdi -VİDEO

İraqın Kürdüstan Muxtar Regionunun lideri Məsud Bərzani ölkənin şimal-qərb hissəsində dini zəmində törədilən zorakılıqları tənqid edib. ANS TV-nin məlumatına görə, Bərzani kürd həmvətənlərini bu cür qarşıdurmalardan çəkinməyə çağırıb. Lakin Bərzani bildirib ki, muxtar regionunun hərbi qüvvələri ölkə torpaqlarına nəzarəti əlində saxlamalıdır:“Əziz yəzidi qardaş və bacılar, təkid edirəm ki, qısas almaqdan çəkinəsiniz. Çünki bu bizim üçün pis nəticələr doğura bilər. Biz qanunlara hörmətlə yanaşırıq. Təqsirsiz olan və dağıntılar törətməyən insanlara toxunmayacağıq. Biz müharibəni dini, irqi və ya təriqət müharibəsinə də çevirməyəcəyik. Lakin and içirəm ki, cinayət və zorakılıq törədən heç kimi əhv edən də deyilik”.

Bərzaninin çıxışı Sincar şəhərinin İŞİD silahlılarının əlinə keçməsininin ildönümünə təsadüf edir. 2014-cü ildə İŞİD şəhərə soxularaq burada məskunlaşan 2000-ə yaxın yəzidini qətlə yetirmişdi. Hazırda Sincar şəhəri üzərində, eyni zamanda, PKK-nın da torpaq iddiaları var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar