Rumıniyadan “Lukoyl”a ağır ittiham

Rumıniya prokurorluğu Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin ölkədəki törəmə şirkətini Aİ-nin sanksiya siyahılarında yer alan şəxslərin nəzarət etdiyi ofşor şirkətlərlə ticarət əməliyyatları aparmaqda şübhəli bilir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rumıniyanın “Economica” nəşri prokurorluğun rəyinə istinadən məlumat yayıb.

Bundan başqa, “Lukoyl” şirkətinin hətta Böyük Britaniya ərazisində ofisi belə olmayan saxta Britaniya şirkəti ilə əməkdaşlıq etdiyi iddia edilir.

Prokurorluq bu qənaətə “Lukoyl”un törəmə şirkətinin 2003-2014-cü illəri əhatə edən maliyyə sənədləri araşdırdıqdan sonra gəlib.

Nəşrin məlumatına görə, şirkət həmçinin sanksiya siyahılarındakı şəxslərə məxsus banklar vasitəsilə hesablaşmalar həyata keçirir.

Bundan əvvəl Rumıniya “Lukoyl”u 1,77 mlrd məbləğində vəsaitləri yumaqda ittiham edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar