6 uşağını, arvadını və anasını öldürən şəxs saxlanıldı - Foto

Rusiyanın Nijni Novqorod şəhərində altı uşağını, yoldaşını və anasını qətlə yetirməkdə şübhəli bilinən Oleq Belov Vladimir vilayətinin Kovrov şəhərində qayınanasının evində saxlanılıb. Bu barədə APA “LifeNews”-a istinadən xəbərə verir.

“Saxlanılan an Belov evdə olub. Onun motivləri hələlik məlum deyil. Onun orada pusqu qurduğu, yaxud da, sadəcə, gizləndiyi ehtimal olunur”, deyə mənbə bildirib.

Məlumata görə, şübhəli şəxs Kovrovda xüsusi əməliyyat zamanı saxlanılıb. Saxlanılma yerli sakinlər üçün təhlükəsiz yerdə həyata keçirilib. Saxlanılan zaman Oleq Belov sərt müqavimət göstərib və bıçaqla əməliyyatçılara hücum edib. Cinayətkarı zərərsizləşdirmək məqsədilə polis əməkdaşları xidməti silahdan istifadə etməli olublar.

Məlumata görə, saxlanılan şəxs hazırda qarın nahiyəsindən aldığı güllə yarası ilə tibbi müəssisələrin birinə yerləşdirilib.

[gallery columns="4" size="large" ids="141745,141746,141747,141748"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar