Neftin $50-dan aşağı düşməsi hökumətə siqnaldır

Brent markalı neftin $50-dan aşağı düşməsi hökumətə xoşagəlməz siqnaldır.

İyulun ortalarında AMB sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib ki, neft $50-dan ucuz olmasa, devalvasiya təhlükəsi yoxdur.

Sonra o bildirib ki, «Neft ilin sonuna kimi $50 səviyyəsində qalsa, ticari tərəfdaşlarımızın iqtisadiyyatında ciddi hadisələr olmayacaq».

Demək, manatın indiki məzənnəsi neft gəlirlərinin azalması halında ən azı bir il qala bilər.

Standard & Poors agentliyi hesab edir ki, 2015-ci ildə neftin barreli $55, 2016-cı ildə $65 olacaq, ona görə manatın devalvasiyası üçün əsas görmür. Agentlik institusional effektivlik və pul-kredit çevikliyini artırmağı zəruri hesab edir.

Agentliyə görə, əgər qiymət azalması proqnozdan yüksək olsa və ya hökumətin fiskal səyləri nəticə verməsə, vəziyyət pisləşə bilər. /"Turan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar