Nüvə sazişinin əleyhinə layihə verildi

Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin respublikaçı sədri palataya qanun layihəsi təqdim edib. Layihə İranla altı dövlətin imzaladığı nüvə sazişinin əleyhinədir.

Layihə avqustun 4-də təqdim olunub. Daha öncə konqresmen Peter Roskam iddia edib ki, Palatada həmin sazişin rədd edilməsi üçün respublikaçılar yetərli səs toplaya bilər. Ancaq mümkün prezident vetosunu önləmək üçün səslərin sayı kifayət etməyə bilər.

Roskam deyir ki, Nümayəndələr Palatasının 434 üzvündən 218 nəfəri – hamısı respublikaçılar olmaqla – sazişin əleyhinə səs verəcəklər.

Palata azlığının lideri Nancy Pelosi bildirib ki, vetonu saxlamaq üçün kifayət qədər demokratın sənədin lehinə səs verəcəyini gözləyir.

Bu arada Senatın respublikaçı çoxluğunun lideri Mitch McConnell avqustun 4-də söyləyib ki, Senat “çox güman ki,” İran nüvə sazişini dəstəkləməyən qətnaməni nəzərdən keçirəcək. /"Azadlıq" radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar