Tiflisdə bazarda yanğın nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Tiflisdə “Eliava” tikinti materialları bazarında baş vermiş yanğın nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rustavi-2” telekanalı məlumat yayıb.

Yanğın ötən gün axşam saatlarında “Eliava” tikinti materialları bazarında boya anbarında baş verib. Yanğının söndürülməsinə 15 yanğınsöndürmə briqadası və helikopterlər cəlb olunub.

Ölənlərin şəxsiyyəti hələlik müəyyən etmək olmayıb.

Həmçinin yanğın nəticəsində yanğınsöndürən və xilasedici daxil olmaqla 5 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar