Usmanov Rusiya Futbol İttifaqına 1 milyard rubl pul verib

usmanovRusiya KİV-nin məlumatına görə, rusiyalı biznesmen Əlişir Usmanov Rusiya Futbol İttifaqına (RFİ) 1 milyard rubl əvəzsiz maliyyə köməkliyi göstərib (İnterfaks.ru).«Vacib hesab edirəm ki, bizim dövlətimiz və Rusiyanın ictimai təşkilatları öz üzərinə götürdüyü öhdəlikləri, o cümlədən, dəvət olunan xarici mütəxəssislər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirsin» - deyə, Usmanovun mətbuat xidməti onun bəyanatından sitat gətirib.

Yeni tranş 300 milyon rubl təşkil edib. Bundan əvvəl Usmanov futbol üzrə Rusiya yığma komandasının baş məşqçisi, italiyalı Fabio Kapello qarşısındakı öhdəliyini yerinə yetirmək üçün sözügedən təşkilata 700 milyon rubl vermişdi.

«RFİ-na və Rusiya futbolunun taleyinə biganə olmayan hər kəsə uğurlar arzulayıram. Ümid edirəm ki, yığmamızın yeni baş məşqçisi Rusiya komandasının oyunçularını toparlaya biləcək, onları qələbəyə kökləyəcək və böyük beynəlxalq yarışlarda Rusiya futbolunun uğurlu çıxışlarına başlayacaq» - deyə, Usmanov əlavə edib.

«Forbes» jurnalının 2014-cü ilə olan məlumatına görə, 61 yaşlı Usmanov Rusiyanın ən varlı adamı elan edilib. Onun sərvəti 18,6 milyard dollar həcmində qiymətləndirilib. Bütün bunlardan başqa, o, Londonun «Arsenal» klubunun həmsahibidir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar