Bir gündə 8 nəfər boğuldu

Azərbaycanda müxtəlif çimərliklərdə batanların sayı çoxalıb.AzVision.az Daxili İşlər Nazirliyinin sayıtna istinadən verdiyi məlumata görə, Sabunçu rayonu ərazisindəki Pirşağı çimərliyində Bakı şəhər sakini Mahir Əlizadə dənizdə çimərkən boğulub.

Bundan başqa Sumqayıt şəhər çimərliyində Astara rayon sakini Elmar Həmidov, Qəbələ rayon sakini Anar Tarıverdiyev və Bakı şəhər sakini Səbinə Məmmədli dənizdə çimərkən boğulub.

Eyni zamanda Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində Ərməki-Qışlaq kənd sakini Elmin Kərimov dənizdə çimərkən boğulub. Boğulan şəxslərin hamısının meyitləri sudan çıxarılıb.

Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 650 metr sağda nəzarətsiz ərazidə) 1997-ci təvəllüdlü Əliyev Mübariz Məlikağa oğlunun suda batması haqqında məlumat daxil olub. M.Əliyevin cəsədi “Pirşağı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakının Qaradağ rayonunda da anoloji hadisə baş verib. Dənizdə (nəzarətsiz ərazidə) 1997-ci təvəllüdlü Akın Ərbin suda batıb. A.Ərbinin cəsədi “Qaradağ-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəzər rayonunda isə dənizdə 1998-ci il təvəllüdlü Bədəlova Leyla Elşad qızı batıb. Onun cəsədi “Nərdaran-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar