Bakıda hava nisbətən sərinləşəcək - Proqnoz

hava istiAvqustun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, şimal-qərb və şimal küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 23-26, gündüz 30-35 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-30 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar