Sürüşmə sahələri aktivləşib

Baş geoloq: "Lənkəran, Lerik və Masallıdakı sürüşmə sahələrində aktivlik baş verməyib"

“İyul ayında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində yol boyu ağırtonnajlı avtomaşınların hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmə sahələrindəki mövcud çatlar genişlənib”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib. O bildirib ki, Muğanlı-İsmayıllı avtomobil yolunun 23-24-cü kilometrliklərində quraşdırılmış topoqrafik reperlərdə 0,6-1,1 sm hərəkət müşahidə olunub.

Baş geoloqun sözlərinə, ötən ay Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində uçqun-töküntü hadisəsi qeydə alınıb: “Eyni zamanda, Bakı-Ağsu avtomobil yolunun 132-156-ci kilometrliyindəki sürüşmə sahəsi aktivləşib və nəticədə uçqun-töküntü hadisəsi baş verib”.

Ə. Piriyev əlavə edib ki, Qaraçuxur sürüşmə sahəsində yerləşən qəbiristanlığın istinad divarlarının bəzi yerlərində çökmə prosesi baş verib: “Quraşdırılmış mayaklarda 0,1-0,2 sm enində çatlar əmələ gəlib. Qəbiristanlığın aşağı hissəsində mövcud qabarma hissəsində nisbi aktivlik müşahidə olunub. Badamdar, Günəşli, Əhmədli-1, Əhmədli-2, Nərimanov dairəsindəki sürüşmə sahələrinin dil hissələrində quraşdırılmış mayakların üzərindəki çatların ölçülərində genişlənmələr qeydə alınmayıb. Ümumilikdə sürüşmə sahəsində aktivlik müşahidə olunmayıb”.

Baş geoloq qeyd edib ki, iyul ayında Azərbaycanıın Lənkəran, Lerik və Masallı rayonlarındakı sürüşmə sahələrində aktivlik baş verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar