AŞPA missiyası seçkiqabağı situasiya ilə bağlı bəyanat yaydı

"Venesiya Komissiyasının bütün səviyyələrdəki seçki komissiyalarının tərkibi ilə bağlı tövsiyələrinə də lazımi şəkildə əməl olunmayıb"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Robert Uolterin başçılıq etdiyi seçkiqabağı müşahidə missiyası Azərbaycana səfərinin yekunları ilə bağlı bəyanat yayıb.

APA-nın AŞPA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, qarşıdakı prezident seçkilərinin rəqabət şəraitində keçəcəyi görünür: “Namizədlərin rəsmi qeydiyyatı hələ bitməyib, çox güman ki, onların sayı 10 nəfərdən çox olacaq. Bununla yanaşı, mövcud prezidentin etibarlı rəqiblərinin olmaması ümummilli debatların da olmamasına gətirib çıxarıb. Müxalifətdən potensial namizədlərin platformaları yayğındır”.

Bəyanatda deyilir ki, AŞPA-nın hesabatlarında əksini tapmış bəzi tövsiyələr yerinə yetirilməyib. Venesiya Komissiyasının bütün səviyyələrdəki seçki komissiyalarının tərkibi ilə bağlı tövsiyələrinə də lazımi şəkildə əməl olunmayıb: “Bu problemlərə baxmayaraq, eləcə də kampaniyanın hələ başlamadığı nəzərə alındıqda, nümayəndə heyəti ümid edir ki, səsvermədən sonra seçkiləri Avropa Şurası standartlarına uyğun və Azərbaycan xalqının iradəsini əks etdirən seçki kimi qiymətləndirə biləcək”.

Xatırladaq ki, AŞPA-nın 7 nəfərlik müşahidə missiyası Milli Məclisin sədrinin dəvəti ilə sentyabrın 10-dan 13-nə qədər Azərbaycanda səfərdə olub. Səfər zamanı onlar Azərbaycan prezidenti, parlament sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, daxili işlər naziri, MSK sədri, siyasi partiya, QHT, KİV təmsilçiləri və xarici diplomatlarla görüşlər keçiriblər. Oktyabrın 7-də AŞPA-nın 32 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gələrək səsverməni müşahidə edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar