Azərbaycan bankları haqda qorxulu proqnoz

Azərbaycanın bank sistemi mənfi ssenari ilə inkişaf edəcək, deyə Moody’s Investors Service agentiliyi bidlirir. Səbəb ölkənin neftdən asılılığı, fevral devalvasiyasının aktivlər, kapital və rentabelliliyə təsiridir.

Keçən il ÜDM-in 37%-i karbohidrogen satışının payına düşüb. Bu il ÜDM artımı 1%, gələn il 1,7% olacaq, deyə agentlik hesab edir.«İqtisadi artımın azalması dövlət xərcləri təşəbbüsləri, xarici valyuta ilə ehtiyatlarla (70%) kompensasiya edilə bilər”, - deyə agentlik bildirir.

Moody’s devalvasiya ilə bağlı bank aktivlərinin keyfiyyətinin pisləşməsini gözləyir. Yüksək inflyasiya, əhalinin alıcılıq abiliyyətinin az olması problemli kreditlərin 15%-dək artmasına səbəb olacaq. 2014-cü ildə bu göstərici 11,4% olub..

Valyuta aktivlərinə yenidən qiymət verilməsi bankların mənfəətinə və kapitallaşmasına təsir edəcək.

Agentliyə görə, orta kredit xərcləri 3% olacaq. Devalvasiya manata etibarı azaldıb, nəticədə valyuta aktivləri ilə bankların öhdəlikləri arasında fərq artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar