ABŞ- dan Azərbaycana “kosmik təhdid”

ABŞ-ın ixrac-idxal bankı “US Exİm” Konqresin maliyyələşdirmə proqramını təsdiqləməməsi səbəbindən avqustun 6-dan etibarən fəaliyyətini dayandırıb.

“Röyter” xəbər verir ki, ABŞ-ın idxal-ixrac əməliyyatlarına ucuz kredit ayıran bankının işinin dayanması Azərbaycanın kosmik peyk proqramını da təhdid edir.

Belə ki, Azərbaycan hökumətindən ikinci kosmik peyk sifarişi almış “Orbital ATC İnc.” şirkəti “Exİm Bank”ın işinin dayandırılması səbəbindən bu sifarişi yerinə yetirə bilməyəcək.

Virtualaz.org saytı xəbər verir ki, vəziyyətlə yaxından tanış olan mənbə “Orbital ATC İnc.” şirkətinin bu həftə  peyk istehsalına dair iri sifarişi əldən verdiyini bildirib. Bunun ardınca Azərbaycandan alınmış sifariş də yerinə yetirilməyə bilər. Bu isə şirkətin Avropa və Amerikanın digər peyk istehsalçıları qarşısında rəqabətdə uduzması na səbəb ola bilər.

“Orbital ATC İnc.” şirkəti Azərbaycanın ilk kosmik peykini inşa edən şirkətdir. Bu sifariş “Exİm Bank”ın krediti hesabına həyata keçirilmişdi. Azərbaycan şirkətdən ikinci peyki sifariş verib və istəyir ki, sifariş bu ilin sonuna qədə yerinə yetirilsin.

Ancaq mənbə deyib ki, “Orbital ATC İnc.” və digər Amerika şirkətləri “Exİm Bank”dan maliyyələşmə təminatı ala bilməsə, əlverişsiz vəziyyətdə qalacaq.

Şirkətin nümayəndəsi Barri Beneski məlumatı şərh etməkdən imtina edib, ancaq deyib ki, onun şirkəti bankın fəaliyyətinin uzadılmasında israr edəcək.Şirkət nümayəndəsi bankdan kreditlərin cəlb edilməsi imkanının əldən çıxmasının onlara ağır zərbə vuracağını bildirib. Çünki şirkət orbital peyklərin 50 faizini bu bankın maliyyələşməsi hesabına istehsal edirdi.

“Exİm Bank” Amerika Konqresində “Tea Party” (“Çay Partiyası”) üzvləri olan konqresmenlərin tənqidlərinə məruz qalıb. Konqresmenlər bildirir ki, bu bank transmilli şirkətlərə ucuz kreditlər ayıraraq klan kapitalizmini maliyyələşdirir.

Nəticədə Konqres 11 günlük tətilə çıxmazdan əvvəl bankın maliyyələşdirilməsinin davam etdirilməsinə dair qanunu qəbul etməkdən imtina ediblər.

Bankın inzibati büdcəsi onun bu ilin oktyabrına qədər fəaliyyətini davam etdirməsini təmin edir, ancaq həmin tarixə qədər bankın 20 milyard dollarlıq illik büdcəsi təsdiq edilməsə, “US Exİm Bank” ləğv edilməlidir.

Lakin bankın ləğvi prosedura da müəyyən deyil. Xatırladaq ki, bank Azərbaycana “Boeing” təyyarələrinin satışı üçün də kredit ayırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar