ÖLDÜRÜLƏN JURNALİST RASİM ƏLİYEVLƏ BAĞLI VİDEOLAR VƏ FOTOLAR

Avqustun 9-da bir qrup şəxs tərəfindən döyülən ann.az saytının əməkdaşı Rasim Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Hazırda ölkə gündəminin əsas müzakirə mövzusu olan hadisənin baş vermə səbəbi haqda müxtəlif fikirlər səsləndirilir. Əsas səbəb kimi isə onun öz facebook səhifəsində “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynov haqda tənqidi fikir yazması göstərilir. Artıq Cavid Hüseynovun bibisi oğılu da daxil olmaqla, bir nemə nəfər həbs edilib.

Hadisə ilə bağlı məlumatlar vaxtaşırı saytımızda yerləirildiyindən, təkrarlamırıq. Yalnız jurnalist Rasim Əliyevin fəaliyyəti ilə bağlı fotoları və onun qətli ilə bağlı videosüjetləri təqdim edirik.

Qeyd edək ki, Rasim Əliyev Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı olub. Bir çox aksiyalarda, mitinqlərdə jurnalist fəaliyyəti göstərib. O həmçinin evi sökülən vətəndaşların, sosial problemləri olan sakinlərin problemlərini də işıqlandıran jurnalistlərdən biri idi. Son əməkdaşlıq etdiyi media orqanı isə ANN TV olub.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar