Şəhid zabitimizin cənazəsi Naxçıvana aparıldı

Cəbhənin Tərtər rayonu istiqamətində şəhid olan zabitimiz, kapitan Elnur Cəfərovun cənazəsi bu dəqiqələrdə Bakıdakı Göy Məscidə gətirilib. Bu barədə AzPolitika.info-ya şəhidimizin yaxın qohumu, jurnalist Məhəmmədəli Qəribli məlumat verib. Cənazə yuyulub-kəfənləndikdən sonra Naxçıvana aparılacaq. E.Cəfərov doğulduğu Şərur rayonunun Axaməd kəndində dəfn olunacaq.

Cənazəni gətirən zabitlər bildiriblər ki, E.Cəfərov təhlükəli ərazidə ermənilər tərəfindən dağıdılmış səngəri düzəldərkən erməni snayperi tərəfindən vurulub. O, təhlükəli olduğu üçün əsgərlərin səngəri təmizləməsinə imkan verməyib.

E.Cəfərov bu yaxınlarda Bakıda komandirlik kursundan keçərək xidmətə qayıdıbmış. Yaxın vaxtlarda tabor komandiri vəzifəsinə təyinatı olacaqmış.

Hərbidəki mənbələr bildirirlər ki, E.Cəfərov özü də mahir snayperçi olub. Xidməti dövründə xeyli sayda düşmən hərbiçisini məhv edib. Elə cəbhədə vəziyyətin gərginləşdiyi son günlərdə 2 erməni hərbiçisini məhv edib.

Allah rəhmət eləsin!

V.Nəsibov 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar