Avropa Şurası da jurnalistin qətlini pislədi

Avropa Şurasının baş katibi Tyorborn Yagland azərbaycanlı jurnalist Rasim Əliyevə hücumu pisləyən bəyanat verib.Bəyanatda deyilir:“Rasim Əliyevin qətlindən sarsılmışam. Bu, ölkədə jurnalistlərin təhlükəsizliyi ilə bağlı durumun daha da pisləşməsini göstərən, narahatlıq doğuran əlamətdir.

Azərbaycan hakimiyyətini bu qətli hərtərəfli və sürətlə araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıram”.

Yaqlandın fikrincə, bu faciəvi hadisə hakimiyyətə və bütövlükdə cəmiyyətə sonuncu dəfə xatırlatmalıdır ki, ölkə bu cür davam edə bilməz: vətəndaş cəmiyyəti və hakimiyyət arasında daxili dialoqun və inamın bərpası üçün yenidən işə başlanmalı və gərəkən hər bir şey həyata keçirilməlidir.

Jurnalist Rasim Əliyev “Qəbələ” futbol komandasının üzvü Cavid Hüseynovu tənqid edən statusuna görə avqustun 8-də döyülüb və aldığı zədələrdən bir gün sonra xəstəxanada vəfat edib.

Prezident İlham Əliyev bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirib və məsələni şəxsi nəzarətinə götürdüyünü bildirib.(azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar