“AXMAQLIQ, AĞILSIZLIQ VƏ MİSKİNLİK...” – Rusiyada Putinin qərarı belə qiymətləndirilir

“Putinin qida məhsullarına qarşı mübarizə aparması əbəsdir”

“Rusiya prezidenti Vladimir Putin Qərbə qarşı təbliğat müharibəsinin yeni mərhələsinə başlayıb. Bu qeyri-adi fəaliyyət, ölkəyə xaricdən gətirilən ərzaq mallarının açıq şəkildə məhv edilməsinə yönəlib. Bildiyimiz kimi keçən il Qərbin iqtisadi sanksiyalarına cavab olaraq, Rusiya oradan idxal olunan ərzaq məhsullarına qadağa qoyub. Lakin əvvəlkilərdən fərqli olaraq, Putinin seçiciləri onun bu hərəkətlərindən heç də xoşlanmayıblar”. Bu fikirlər “Bloomberg”in məqaləsində əks olunub. “AzPolitika.info”nun məlumatına görə, məqalədədaha sonra bildirilir:

“Əgər qadağaların hansı məhsullara şamil edilməsinə nəzər salsaq, onda uzun bir siyahı ilə qarşılaşarıq. Bu siyahıya meyvə, tərəvəzlə yanaşı həmçinin bir çox ət, süd, balıq və dəniz məhsulları daxildır.

Onu da bildirək ki, həmin tədbirlər nəticəsində Rusiyadakı quş əti istehsalı 11,4%, mal əti 13,2%, pendir istehsalı isə 27,5% artıb. Amma buna baxmayaraq, yerli məhsullar həmişə öz keyfiyyəti ilə alıcılar tərəfindən rəğbət qazana bilmir. Məsələn, Rusiya mağazalarını doldurmuş qəribə pendirin dadını yoxlayan “Guardian” qəzetinin Moskva müxbüri Şon Uoker bildirib: ”Məhsulun tərkibinin nədən ibarət olması bəlli deyil. Sanki parmezan pendirini kiçik parçalara doğrayıb, onu bir neçə həftə piyada keçidinin üstünə atıblar”.

Belə olan vəziyyətdə əsl keyfiyyətli ərzaq məhsullarına olan tələbat artır. Xarici ölkələrdən gətirilən ərzaqlar qadağaya baxmayaraq, müxtəlif yollarla Rusiyaya daxil olur. Qadağan olunmuş məhsullar əsas etibarı ilə qonşu Belarusiyadan gəlir. Yenidən qablaşdırma prosesindən sonra xarici ərzaqlar Belarusiya məhsulları adı altında Rusiyaya keçirilir. Mağazalarda Belarusiyadan gətirilmiş dəniz məhsullarına da rast gəlmək mümükündür. Halbuki, bu ölkənin dənizə çıxışı yoxdur və onlar dəniz məhsulları istehsal etmirlər. Bir çox məhsullar isə sadəcə olaraq, qaçaqmalçılıqla gətirilir. Rusiya gömrüyünün rüşvətə qurşanması isə çox yaxşı bilinən məsələlərdəndir.

Ölkənin ən böyük pərakəndə satış-mağazalar şəbəkəsindən biri olan “Maqnit”, Rusiya üçün nadir olan itaətsizlik aktı həyata keçirib. Belə ki, onlar sanksiyaya məruz qalmış malların qadağası ilə bağlı olan müvafiq dövlət idarəsini məhkəməyə verib.

”Maqnit” bildirir ki, Putinin ərzaq məhsulları ilə bağlı olan məlum fərmanı ticarətə yox, yalnız ixraca icazə vermir. Keçən ay Sankt-Peterburq məhkəməsi “Maqnit” marketlər şəbəkəsinin xeyrinə qərar çıxarıb. Əgər bu şirkət Rusiyanın ən varlı adamlarından biri Sergey Qalitskiyə məxsus olmasaydı, bəlkə də bu qərar gözlənilməz sayılardı.

Amma Putin belə bir vəziyyətlə barışmaq fikrində deyil. Rusiya prezidenti istəyir ki, onun ərzaq embarqosu effektivliyini itirməsin və ölkə istehsalçılarına kömək göstərərək, Qərb şirktlərinə zərbələr vusun. Artıq demək olar ki, Qərb ölkələrinin Rusiya biznesinə aid olan hissəsi nəzərə çarpacaq dərəcədə azalıb.

Ümumiyyətlə isə Putin göstəriş verib ki, Rusiya sərhəddində saxlanılan istənilən qadağan olunmuş ərzaq məhsulları yerindəcə məhv edilsin. Bu qərar, ərzaq çatışmamazlığının nə demək olduğunu yaxşı bilən rusiyalıların təəcübünə səbəb olub. Bir çox Rusiya vətəndaşı 1980-ci illərdəki uzun növbələri xatırlayır. Həm də ki, Putinin validenyləri də nasistlər tərəfindən blokadaya alınmış Leninqradda yaşayıblar.

Rusiyanın “Snob.ru” saytının müxbüri Valeriy Panyuşkin məsələ ilə əlaqədər yazır: “Leninqradlılar üçün bu hadisə özünə məxsus nevrozdur. Böyük aclıq illlərinin xatirələrini ağır yük kimi çiynimdə daşıyıram. Mən bu acı illərin öhdəsindən gəlməyi bacarmış Putinlər və Mevedyevlər ailəsinə qibtə ilə yanaşıram”.

Qida məhsullarının məhv edilməsi hadisəsi Rus provaslav kilsəsinin də xoşuna gəlməyib. Moskva provaslav ruhanisi Aleksey Uminskiy baş verən hadisəni qınayaraq deyib: ”Öz mahiyyətinə görə belə bir ideya axmaqlıq, ağılsızlıq və miskinlikdir.Bizim ölkəmizdə xeyli sayda insan var ki, əmin məhsullar hesabına böyük yardım əldə edə bilərdirlər”

Baş verən hadisə ilə bağlı 280 min Rusiya vətəndaşı “Change.org” saytı vasitəsi ilə Kreml rəhbərliyinə öz etiraz petisiyalarını göndərərək,müsadirə olunmuş məhsulların imkansızlara yollanılması şərti ilə bu fərmanı ləğv etməyə çağırıblar.

Lakin Putin hakimiyyəti hər şeyi qulaq ardına vurur. Dövlət televiziyası vasitəsi ilə prezident fərmanının necə yerinə yetirilməsi nümayiş etdirilir.

”Vesti” xəbərlər proqramı Avropadan gətirimiş tonlarla donuz ətinin, pendirin və digər məhsulların necə məhv edilməsi haqda geniş reportajlar verir. Rusiyalılar dövlət televiziyasında xeyli sayda qəribə verlişlərə rast gəliblər, lakin onlar pendirin necə edam olunmasını görməmişdilər. Çox böyük ehtimalla burada başlıca məqsəd idxalçıları qorxutmaqdan ibarətdir.

İdxal məhsullarına qarşı aparılan indiki kompaniya həm eybəcər və həm də ki, effektsizdir. Ət məhsullarını yandırmaq üçün gömrüklərdə quraşdırılmış sobalar və digər tədbirlər, gömrük məmurlarının yaxşı rüşvət qarşılığında qadağalara göz yummayacaqlarına təminat verirmi?

Putinin nə fikirləşdiyi məlum deyil. Ancaq ictimai populyarlıq reytinqinin yüksək olmasına baxmayaraq, o, özünü indiki çətin iqtisadi vəziyyət fonunda yöndəmsiz tərzdə aparmamalıdır”.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar