Azərbaycana 1500 ədəd yeni avtobus gətiriləcək

Yaxın illərdə Azərbaycana 1 500 ədəd yeni sərnişin avtobusları gətiriləcək.

Bu avtomobillərin ölkəyə 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarına qədər gətirilməsi planlaşdırılır. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin başçısı Namiq Həsənov açıqlamasında bildirib ki, Azərbaycandakı mövcud avtobus parklarının yenilənməsi nəqliyyatda yeni, on-line ödəniş sisteminin tətbiqi ilə paralel həyata keçirilir.

Nazirlik nümayəndəsinin sözlərinə görə, bu avtobuslar əsasən Cənubi Koreya və Türkiyədən Azərbaycana gətiriləcək: «Bizim əsas prinsipimiz sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etməkdir».

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında paytaxta 340 ədəd yeni sərnişin avtobusları gətirilib. Son 5 il ərzində isə ölkəyə 3 471 ədəd yeni iri və orta tutumlu avtobuslar idxal olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar