TÜRK İŞ ADAMININ BAKIDA MÜƏMMALI ÖLÜMÜ VƏ... – Polkovnikdən sensasiyalı açıqlamalar

Hüquq mühafizə orqanlarında yüksək vəzifələrdə vətənə və dövlətə sədaqətlə xidmət etmiş ehtiyatda olan polkovnik Əbülfəz Əliyevin üzləşdiyi qanunsuzluqlar, məmur özbaşınalığı haqqında oxuculara geniş məlumat vermişik (bax:

Əbülfəz Əliyevin sözlərinə görə, ötən ilin sonlarına qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində çalışan, etdiyi özbaşınalıqlara, dələduz əməllərinə görə nazir Kəmaləddin Heydərov tərəfindən tutduğu vəzifədən qovulan Rövşən Aslanov, bu işi xarici kəşfiyyat orqanlarının əməkdaşı olduqları ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərin nümayəndələri ilə birlikdə, qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girməklə, həyata keçirib.

Bununla da kifayətlənməyib, Əbülfəz Əliyevin hüquq-mühafizə orqanlarında işləməsindən ehtiyat etdiyindən, hiylə yolu ilə onun vəzifəsindən də uzaqlaşmasına nail olub. Belə ki, Ə.Əliyevi vəzifəsindən istefa verərək, İstanbuldakı “fabrikin və işlərin” başına keçməyinin zəruri olduğuna inandırıb. Ancaq ordada nə bir fabrik olub, nə də bir iş…

Ötən 2 il ərzində Ə.Əliyevin hüquq-mühafizə orqanlarına müraciət etməməsinin səbəbi isə, R.Aslanovun nüfuzlu vəzifəli qohumlarının məsələyə müdaxiləsi olub.

İsmayıl Vəliyev və Xəzər Aslanov

Daha dəqiqi, yüksək vəzifəli şəxslərin, tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Xəzər Aslanovla apardıqları danışıqlarda onların pulun qaytarılacağına dair vəd vermələri olub.

Hətta Ə.Əliyevin sözlərinə görə, Neftçala rayonunun başçısı İsmayıl Vəliyev və Xızının rəhbəri Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr də təklif edərək, pulun silinməsini tələb ediblər. Ancaq o, bunu qəbul etməyib.

Bundan əlavə, Rövşən Aslanov Fövqəladə Hallar Nazırliyində yüksək vəzifə tutduğundan, aldadıldığını bildikdən sonra pulunun qaytarılması üçün bu qurumun rəhbərliyinə müraciət edib. Bunun bir səbəbi də, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu uşaqlarının kirvəsi kimi təqdim edən, nazirlə çox yaxın ailəvi münasibətləri olduğunu deyən Rövşən Aslanovlun görüş zamanı ona “get pullarını Kəmaləddin Heydərovdan al” söyləməsi olub.

Əbülfəz Əliyev də məhz bu səbəblərdən Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə müraciət edib.

Nazir K. Heydərovun özü ilə görüşə bilməsə də, müavinləri Rəfael Mirzəyev və Orucəli Hacıyev tərəfindən bir neçə dəfə qəbul olunub. Müavinlər nazirin Rövşən Aslanova onun pulunu qaytarmaq barədə göstəriş verdiyini bildiriblər.

Ötən ilin oktyabrında isə, Ə. Əliyevi qəbul edən müavin Rəfael Mirzəyev bildirib ki, Rövşən Aslanov həm bu, həm də digər əməllərinə görə, tutduğu vəzifədən azad edilib. Odur ki, haqqını daha FHN-də deyil, hüquq-mühafizə orqanlarında arasın.

Bundan sonra onlardan da ümidini üzən Əbülfəz Əliyev hüquq-mühafizə orqanlarına müraciət etsə də, burdan da hələlik bir nəticə ala bilməyib. Bunun səbəbi kimi, Ə. Əliyev aparılan istintaqa Rövşən Aslanovun himayədarlarının ciddi maneə törətməsini göstərir.

Əbülfəz Əliyevin sözlərinə görə, ortada Rövşən Aslanovun qanunsuz əməllərini sübut edən kifayət qədər fakt olsa da, onun haqqında heç bir tədbir görülmür.

Qeyd edək ki, Ə.Əliyev saytımıza açıqlamasında R.Aslanovun və dəstəsinin başqa ağır cinayətlər törətməsi barədə təsdiqedici materialların olduğunu, bu barədə geniş açıqlama verəcəyini bildirmişdi.

Ə.Əliyev “AzPolitika.info”ya bu dəfəki açıqlamasında həmin hadisə barədə danışıb. Hansı ki, ehtiyatda olan polkovnik bu hadisənin çox ciddi və ağır cinayət faktı ola biləcəyini də istisna etmir.

Belə ki, polkovnikin iddasına görə, bu hadisələr baş verən zaman onun kimi bir nəfər də Rövşən Aslanovun və onun dəstəsinin dələduz əməllərinin qurbanı olub. Diqqət çəkən mühüm və olduqca vacib məqam odur ki, həmin şəxs lərdən biri artıq həyatda yoxdur. Söhbət Türkiyə Cümhuriyyətinin vətəndaşı Kadir adlı birinin Bakı şəhərində faciəli və müəmmalı ölümündən gedir.

Zərərçəkən bildirir ki, Rövşən Aslanov ona Kadir və Kübar adlı Türkiyə vətəndaşlarını şəriki İsmayıl Vəliyevlə birlikdə İstanbul şəhərində qurduqları 2 milyon dollar dəyərində olan tekstil fabriklərinin inzibati işçiləri kimi təqdim edib: “Rövşən həm də Kübarının Türkiyə Cümhuriyyətinin xüsusi xidmət orqanının (Milli İstikbarat Təşkilatının) əməkdaşı olduğunu deyirdi. Bildiridi ki, Kübar MİT əməkdaşı kimi ona Türkiyədə müəyyən məsələlərdə dəstək göstərir. Yəni onu mənə Türkiyədəki işlərini dövlət qurumları ilə əlaqələndirən şəxs kimi təqdim etmişdi. Kadirın isə onun sırf biznes ortağı olduğnu deyirdi”.

Qeyd edək ki, Ə.Əliyevi bu şəxslərlə R. Aslanov ondan dələduzluq yolu ilə aldadıb 482 min dollar pulu aldığı dövrdə tanış edib. Sonrakı dövrdə Ə.Əliyevin şəxsi araşdırması nəticəsində məlum olub ki, Rövşən Aslanov dələduzluq yolu ilə insanları aldadaraq, var-dövlət qazanmaq üçün hələ 2007-2008-ci illərdə Kübar və Rahiblə birlikdə “1001 RAKİB” adlı şirkət qurublar: “ Şirkətə şərik etmək adı ilə Əbülfəz Əliyevlə eyni vaxtda adını çəkdiyimiz Kadir adlı şəxsdən də 500 min dollar məbləğində vəsait alıblar. Ona isə Moskvada böyük mağazalar aldıqlarını deyiblər

Bu yalan isə yeni şirkətin şəriki olduğunu düşünən Kadirın işlərlə tanış olmaq üçün Moskvaya getdiyi zaman açılıb. Belə ki, Kadır bir müddət sonra yeni yaradılmış şirkətin Moskvada yerləşən mağazalarına baş çəkmək məqsədilə həmin şəhərə yollanır: “Moskva şəhərinə düşən kimi Kadir şəxsiyyətləri məlum olmayan bir qrup tərəfindən qanunsuz olaraq saxlanılır. Sonradan məlum olur ki, həmin şəxslər Rövşən, Kübar və Rahib tərəfindən aldadılaraq pulları mənimsənilmiş Azərbaycan vətəndaşlarıdır. Vəziyyəti anlayan və aldadıldığını hiss edən Kadir bu məsələni Rövşənlə aydınlaşdırmaq üçün Kübarla birlikdə Bakıya gəlir”.

Ə.Əliyevin sözlərinə görə, Moskvadan birbaşa Azərbaycana R.Aslanovdan hesab sormaq üçün gələn Kübar Bakıda müəmmalı şəkildə ölür: Bakı şəhərinə düşən kimi aeroportdan otelə taksi ilə gələn Kadir elə otelin qarşısında müəmmalı şəraitdə yol qəzasına düşərək vəfat edir. Hadisədən sonra Kadirin qohumları Bakıya gəlirlər və bu müəmmalı ölüm faktının araşdırılması üçün əvvəlcədən tanıdıqları Milli Məclisin deputatı İqbal Ağazadədən kömək istəyirlər. Ancaq hansısa səbəbdən, sonradan bu hadisənin qəsd olması versiyası üzərində araşdırma aparılmır.

Ölkəsində ciddi və nüfuzllu iş adamı sayıldığından Kadirın Türkiyə banklarından götürdüyü zaminsiz 500 min dollar ölüm hadisəsindən sonra sığorta şirkəti tərəfindən ödənilir. Beləliklə, Kadirin həmin şəriklik üçün verdiyi 500 min dollar Rövşən və Kübar tərəfindən asanlıqla mənimsənilir”.

Əbülfəz Əliyev maraqlı bir məqamı da qeyd edərək, bildiurir ki, Rövşən və Kübar Türkiyədə olduğu zaman onu da həmin xüsusi sığorta növü ilə sığortalamağa cəhd göstərirlər. Lakin Ə.Əliyev Azərbaycan vətəndaşı olduğundan bu əməliyyat baş tutmur:“Bu zaman Rövşən və Kübarın nə fikirləşdiyini bilməsəm də, Kadirin müəmmalı ölümü müəyyən şübhələrə yol açır”.

1korrƏbülfəz Əliyev həm bu müəmmalı ölüm hadisəsinin, həm də özünün üzləşdiyi dələduzluq faktının ciddi araşdırılmadığını bildirir: “Məlumat üçün bildirim ki, bu dələduzluq faktı 30.03.2015-ci il tarixdən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində qeydiyyata alınsa da cinayət faktının araşdırılması barədə mənə heç bir rəsmi məlumat verilməmişdir. Cinayət faktının araşdırılması həmin idarədə aparıldığından Daxili İşlər Nazirliyinin müvafiq qurumları bu faktı araşdıra bilmirlər”.

Sonda zərərçəkən başına gətirilən bu hadisənin cəzasız qalması faktının obyektiv araşdırılması və Şəxsi nəzarətə götürülməsi üçün daxili işlər naziri Ramil Usubova, milli təhlükəsizlik naziri Eldar Mahmudova, və baş prokuror Zakir Qaralova mətbuat vasitəsilə müraciət edəcəyini də sözlərinə əlavə etdi.

İ.İsmayılbəyli

AzPolitika.info

P.S. Əbulfəz Əliyevin açıqlamaları, ittihamları ilə bağlı R.Aslanovun və yazıda adları çəkilən digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar