Mətbuat Şurası 2013-cü ilin hesabatını verdi

Yanvarın 24-də Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərə dair hesabat konfransı keçirib. Tədbirdə danışan şura sədri Əflatun Amaşov bildirib ki, ötən il quruma ümumilikdə 610 müraciət daxil olub: “610 müraciətdən 423-ü bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir. Şikayətlərdən 192-si ayrı-ayrı vətəndaşlardan, 123-ü dövlət idarə müəssisə və təşkilatlarının təmsilçilərindən, 56-sı özəl müəssisələrdən, 21-i ictimai qurumlardan, 19-u siyasi partiyalardandır.

2013-cü ildə şuraya daxil olan şikayətlərin 241-i katiblikdə həllini tapıb. 182 müraciətə komissiyalarda baxılıb. Bunlardan 105-i şikayətlər üzrə komissiyada, 48-i “reket jurnalistika”ya qarşı mübarizə komissiyasında, 8-i mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasında, 11-i internet media resursları üzrə komissiyada, 10-u sosial-iqtisadi komissiyada araşdırılıb.

Şuranın İdarə Heyəti 2013-cü ildə ümumilikdə 17 qərar çıxarıb. Ayrı-ayrı KİV-lərlə bağlı qərarlar onlardan 5-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 10 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 2 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının “qara siyahı”sına salınmasını nəzərdə tutub”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar