ETİBAR PİRVERDİYEVİN ADAMI TUTULDU, OBYEKTİ ƏLİNDƏN ALINDI.... - Şok iddalar- FOTOLAR

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidentin Etibar Pirverdiyevin daha bir obyektində işlər dayandırılıb.AzNews.az-ın məlumatına görə, Quba rayonu, Xınalıq yolunun üstündə məşhur “Qalaaltı” adlanan ərazidə (Küsnətqazma kəndi) inşa etdirdiyi nəhəng otel kompleksinin tikintisi yarımçıq saxlanılıb.

Ərazidə yaşayanların sözlərinə görə, bir müddət əvvəl əraziyə giriş bağlanılıb, inşaat işlərinə son verilib: “Burada işlər çox sürətlə aparılırdı. Otel kompleksinin tez ərsəyə gəlməsi üçün bir neçə briqada çalışırdı. Lakin Etibar Pirverdiyev vəzifəsini itirəndən sonra işlər tamamilə dayandırıldı (Etibar Pirverdiyev vəzufəsinin itirməyib, səlahiyyətləri əlindən alınıb -AzPolitika.info.). Artıq xeyli müddət idi ki, burada heç kim olmurdu. Son günlər isə əvvəllər burada görmədiyimiz, tanımadığımz insanlar baxış keçirirlər. Deyilənə görə otel başqasının əlinə keçib”.

Qeyd edək ki, E.Pirverdiyevin müxtəlif rayonlarda otel və restoran şəbəkələri olub. Əslən Qusar rayonundan olan keçmiş ASC prezidenti özünün biznes imperiyasını əsasən şimal rayonlarında, xüsusən Qubada cəmləşdirmişdi.

Adı vəzifə səlahiyyətlərini aşmaqda, bəzi korrupsiya faktlarındsa hallanan Pirverdiyevin səlahiyyətləri cari ilin fevralında Prezidentin “Bakıelektrikşəbəkə”nin adının dəyişdirilməsiylə bağlı imzaladığı sərəncamdan sonra əlindən alınıb.

beynelxalqbankOnu da qeyd edək ki, Etibar Pirverdiyevin biznesinin də ciddi böhran içərisində olduğuna dair məlumatlar son vaxtlar xeyli dərəcədə intensivləşib. Onun mayın 19-daBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə("Bandotdel") çağırıldığı, bir neçə saat dindirildiyi haqda məlumat yayılmışdı.

Qeyd edək ki, E.Pirverdiyevlə Beynəlxalq Bank arasında borca görə məhkəmə çəkişməsi də olub. Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddianı iki il əvvəl Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun “Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb.

Yəni Pirverdiyevin 104 milyon manatı Beynəlxalq Banka ödəməli olduğu qətiləşib.

“Azərenerji” bu vəsaiti Beynəlxalq Banka qaytarmayıb. E.Pirverdiyev məhz bu borc məsələsinə görə istintaqa çağırılıb.

Səlahiyyətlərinin əsas hissəsi “Azərişıq”a verildikdən sonra mövqeləri xeyli zəifləyən E.Pirverdiyevin işini çətinləşdirən daha bir mühüm fakt da var. Məlumdur ki, Bayraq Meydanının sabiq rəhbəri, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov həbs olunublar. Bayraq Meydanının tikilməsi E.Pirverdiyevə həvalə olunmuşdu və R.Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş yeni korrupsiya faktları üzə çıxıb. Böyük ehtimalla MTN-ə həvalə olunan bu işin istintaqında E.Pirverdiyevin adı hallanır.

"AzPolitika.info"nun məlumarına görə, Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit borcunu ödəmədiyi üçün bu yaxınlarda həbs edilən iş adamı - Mingəçevir “İzolit” ASC Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehman Mehdiyevin də E.Pirverdiyevin adamı olduğu, onun biznesini idarə etdiyi bildirilir.

Qeyd edək ki, M.Mehdiyev əvvəllər enerji sahəsində çalışıb. Sumqayıt Elektrik Şəbəkəsinin İdarə Heyətinin sədri olub.

Hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq aparılan Mehman Mehdiyev Beynəlxalq Bankdan böyük məbləğdə, təxminən 30 milyon ABŞ dolları kredit götürüb. Onun vəkili Adəm Məmmədovun məlumatına görə, Mehman Mehdiyev 17 milyon ABŞ dollarının ödənişini artıq həyata keçirib: "12 milyon 7 min ABŞ dolları məbləğində kredit borcu qalıb. Təminat kimi o, səhmdar cəmiyyətin binasını, 15 hektar torpaq sahəsi və müəsissənin fəaliyyəti ilə bağlı avadanlıqları girov qoyub. Hansı ki, o avadanlıqlar xarici ölkələrdən gətirilib və qiyməti çox bahadır”.

Qeyd edək ki, Mehman Mehdiyev Beynəlxalq Bankdan 30 milyon ABŞ dolları kredit götürə bilməsi onun arxasında güclü bir fiiqurun dayandığından xəbər verirdi. Belə ki, Beynəlxalq Bankdan 10 miyonlarla dollar kredit girovsuz yalnız o adamlara verilib ki, onları hansısa oliqarx himayə edib, pulların qaytarılacağına təminat verib. Yəni,əslində 10 milyonlar həmin oliqarxa çatıb. Sadəcə iş adamı kimi qələmə verilən birinin adına rəsmiləşdirilib.

Bu baxımdan Mehman Mehdiyev Beynəlxalq Bankdan 30 milyon ABŞ dolları kreditin də təminatını da E.Pirverdiyevin verdiyi, bu milyonların onun biznesinə yatırıldığına dair məlumatları əsassız hesab etmək olmaz. Təsadüfü deyil ki, Mehdiyev həbsinin isə Pirverdiyevin üçün ciddi siqnal olduğu idda edilir. Yəni, “Azerenerji” prezidentinə aldıqlarını qaytarmaq mesajı verilir.

Bu arada E.Pirverdiyevə aid obyektlərin əl dəyişdirməsi haqda məlumatların ortaya çıxması, ya onun borclarını qaytarmaq üçün əmlakların sataraq vəsait topladığını, ya da borclarına qarşılıq əlindən alındığını düşünməyə əsas verir.

Daha dəqiqini cənab Pirverdiyevin özü bilir ki, onun da mövqeyini işıqlandırmağa hazırıq.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar