İKİ OLİQARXIN "QAX SAVAŞI" – Əhmədzadə oğlunu deputat edə biləcəkmi?

Növbəti parlament seçkilərinə sayılı günlərin qalmasına baxmayaraq, ötən seçkilər öncəsi olan siyasi aktivlik müşahidə olunmur. Xüsusilə də, müxalif cəbhədəki passivlik həmin cameənin seçkilərə olan inamsızlığından xəbər verir. Lakin bu seçkinin də müəyyən mənada gərgin keçəcəyinə şübhə yoxdu. Ona görə ki, oliqarxiya indidən mandat uğrunda savaşmaqda maraqlı olduğunu biruzə verir. Bəli, bu seçkilərdə oliqarxlaşan məmurlar öz adamlarının parlamentdə təmsil olunmağında maraqlı olacaqlar. Hətta vəziyyət o yerə çatıb ki, oliqarx kimi xarekterizə olunan məmurlar öz övladlarının deputat olması üçün də dəridən-qabıqdan çıxırlar.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, oğlunu deptatlığa ciddi cəhdlə hazırlayanlardan biri də «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadədir. Əslən Qax rayonundan olan Əhmədzadə atasının adını daşıyan Cuma adlı oğlunu doğma rayonundan millət vəkili seçdirmək istəyir.

Nəzərə alsaq ki, Qax rayonuna Əhməd Əhmədzadənin xalası oğlu Musa Şəkiyev, qonşu Zaqatala rayonuna isə Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə rəhbərlik edirlər, o zaman, bu faktor Cuma Əhmədzadənin deputat seçilməsi üçün əlavə divident anlamına gəlir. Eyni zamanda, Cuma Əhmədzadənin Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evli olması onun şansını bir az da artıra bilər. Ancaq bunun üçün Cuma Əhmədzadənin Qaxda hazırkı millət vəkili Azər Kərimlini udması lazımdır. Hələ başqa sürpriz ola biləcək namizədləri demirik. Dalbadal iki dəfə Qaxdan millət vəkili seçilən Azər Kərimlinin həmin rayonun əhalisi arasında ciddi nüfuzu qalmasa da, Cuma Əhmədzadə onu yenmək üçün fövqəlnazir Kəmaləddin Heydərovun maraqlarına toxunmalıdır. Cünki Azər Kərimli birmənalı olaraq, Kəmaləddin Heydərovun adamı kimi tanınır.

Qeyd edək ki, Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə atasının sayəsində gənc yaşında biznes imperiyasının sahibinə çevrilib. Onun İngiltərə və Çexiyada olan 2 şirkəti (“ALPS s.r.o.”, “GYUNEL LİMİTED”) olması barədə daha əvvəllərdə mətbuatda yazılıb. “GLOBALLY LTD” adlı daha bir şirkətin məhz Cümə Əhmədzadəyə aid olması təsdiqlənib. Həmçinin Cuma Əhmədzadə Azərbaycanda “Advisors CO.”, “Proyekt”, “Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Uluyurd” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin sahibidir. Cüma Əhmədzadənin, həm də otelllər zəncirinin sahibi olduğu da bildirilir.

Əhmədzadələr tərəfindən artıq tamamən özəlləşdirildiyi bildirilən Qax rayonunda tikilən “El-Resort” oteli də onun biznes imperiyasına aiddir.

Cuma Əhmədzadənin deputat seçilməsinə mane ola biləcək digər faktorlardan biri də, yerli əhalinin Qaxın icra başçısı, Əhmədzadələrin xalası oğlu Musa Şəkiliyevdən çox narazı olmasıdır. Bu barədə danışan mənbə bildirir ki, yerli Qax və Zaqatala sakinləri uzun müddətdir ki, Əhmədzadələrin sosial-iqtisadi monopoliyasından əziyət çəkir.

Ona görə də, mənbə iddia edir ki, Cuma Əhmədzadənin Qaxdan deputat mandatı almasına Qax sakinlərinin böyük əksəriyyəti qarşıdır.

Bu baxımdan da, hakimiyyətə yaxın dairələr tamamilə neytral bir namizədin Qaxdan millət vəkili seçilməsində maraqlı ola bilər. Cünki etnik cəhətdən qarışıq olan Qaxda əhalinin qəbul etdiyi namizədin mandat alması hakimiyyətin də indiki maraqlarına tam cavab verir. Artıq bu istiqamətdə uğurlu bir namizədin üzərində işin aparıldığı söylənilir.

Hər halda, görünən budur ki, Azərbaycandan ucqarda yerləşməsinə baxmayaraq, Qaxdakı mandat savaşı bizə maraqlı sürprizlər vəd edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar