22 ildən sonra ilk dəfə Fransa prezidenti Türkiyəyə gedir

Fransa prezidenti Fransua Olland yanvarın 27-28-də Türkiyədə səfərdə olacaq. Xatırladaq ki, bu səfər son 22 il ərzində Fransa prezidentinin Türkiyəyə ilk səfəridir. Ümumiyyətlə, son illər ərzində 2 ölkə arasında münasibətlərdə soyuqluq müşahidə olunub və bunun obyektiv səbəbləri var. Fransanın keçmiş prezidenti Nikola Sarkozinin erməni soyqırımı ilə bağlı tutduğu mövqe, bu ölkənin Türkiyənin Avropa Birliyinə qoşulmasına əngəl törətməsi və s. faktlar 2 ölkə arasındakı münasibətlərə ciddi təsir göstərib.

Verilən məlumatlara görə, Ankara görüşündə Qarabağ məsələsi də müzakirə olunacaq. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri də Fransadır, o zaman bu istiqamətdə müzakirələrin aparılması məntiqli görünür. Ancaq bu görüşdə əsas müzakirə mövzsusunun ikitərəfli münasibətlərin normallaşdırılması olacağı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar