Namizədlər həftədə 3 saat İctimai Televizyada cıxış edəcək

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında oktyabrın 9-da keçiriləcək prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda MSK katibi Natiq Məmmədov qeyd edib ki,  namizədlərə həftədə 3 saat İctimai Televizyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla vaxtın ayrılması nəzərdə tutulur. N.Məmmədov bildirib ki, televizyada pulsuz efir vaxtının qeydə alınmış namizədlər tərəfindən həftənin cüt günləri, radioda isə həftənin tək günləri istifadə edilməsi nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar