“ZAKİR HƏSƏNOV HƏRBİÇİ DEYİL”- ABŞ eksperti

"O, sadəcə, daxili işlər orqanlarının aparat rəhbəri olub. Bundan sonra isə o özünün professionallığını sübut etmək istəyir”

“Zakir Həsənov hərbçi deyil”. “Axar.az” xəbər verir ki, bu açıqlama ilə «Caucasian Review of International Affairs»ın redaktoru, Qafqaz üzrə ekspert Alek Cekson çıxış edib.

O, son günlər cəbhənin təmas xəttində vəziyyətin pisləşməsinin hər iki ölkənin nazirlərinin görüşü ilə əlaqələndirib. “Ermənistan ola bilsin ki, sülh danışıqlarını dayandırıb prosesi tərk etmək istəyir. Azərbaycan isə əksinə, bununla münaqişəyə daha çox diqqət ayırmaq niyyətindədir”.

Ekspert başqa bir səbəbi Azərbaycanın hərbi rəhbərliyində olan dəyişikliklə əlaqələndirib. “İkinci bir ssenari isə yeni Müdafiə naziri ilə əlaqədardır. Zakir Həsənov hərbçi deyil. O, sadəcə, daxili işlər orqanlarının aparat rəhbəri olub. Bundan sonra isə o özünün professionallığını sübut etmək istəyir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar