MƏMURUN İŞDƏN ÇIXARILMASININ SİRRİ - "Kərəm Həsənov küçə söyüşləri söyüb..."

Cəlilabad RİH başçısının 1-cü müavini Kərəm Həsənovun zavalına gəlib

Xəbər verildiyi kimi, Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri vəzifəsindən kənarlaşdırılıb. "Report"un məlumatına görə, RİH başçısının birinci müavini Asif Əzizov işdən çıxarılıb.

RİH başçısının birinci müavini postuna hələ ki, təyinat olmayıb.

Musavat.com Asif Əsədovun nəyə görə vəzifədən çıxarılması barədə maraqlı xəbərlər əldə edib.

Mötəbər mənbələrdən daxil olan xəbərdə bildirilir ki, prezident İlham Əliyevin ötən həftə Cəlilabada gelməsindən bir gün əvvəl Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov rayona gəlib, abadlıq işlərinin normal getmədiyini görüb. K.Həsənov əsəbiləşib və işçiləri danlayıb. Bu zaman o, RİH başçısının birinci müavini A.Əzizovu camaatın yanında küçə söyüşləri ilə söyüb. Əzizov isə söyüşləri artıqlaması ilə K.Həsənova qaytarıb.

Buna görə də Cəlilabadda A.Əzizovun işdən nəyə görə kənarlaşdırılması heç kəsə sirr deyil, hamı bilir ki, onun "torbasını" Kərəm Həsənov tikib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar