Sabah DİN-də kollegiya iclası olacaq – “Kredit işi” müzakirə olunacaq

Azərbaycan Daxili İşlər Nazirliyində sabah keçiriləcək kollegiya iclasında, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Beynəlxalq Bankla bağlı aparılan istintaqın gedişi müzakirə olunacaq. Bu barədə AzPolitika.info-ya məlumatlı mənbələrdən bildirilib.

Beynəlxalq Bankdan kredit adı ilə götürülüb mənimsənilən və ya qaytarılması qeyri-real olan vəsaitlərlə bağlı cinayət işinin istintaqı artıq 3 aydır ki, davam edir. Bu proses Prezident İlham Əliyevin ölkənin bank sektorundakı maxinasiyalara son qoyulması barədə göstərişindən sonra başlayıb.

Nazir Ramil Usubovun birbaşa nəzarəti altında “Bandotdel” tərəfindən aparılan bu işlə əlaqədar ilk günlərdən xeyli sayda insan istintaqa cəlb olunub. “Bandotdel”ə çağırılıb dindirilən iş adamları və onların yaxınlarının sayının 100-lərlə olduğu bildirilir. Bu işlə bağlı 5 mindən artıq şəxsin dindirildiyi, 100-ə yaxın adam haqda həbs qətimkan tədbiri seçildiyi də verilən məlumatlar sırasındadır.

Bir qədər əvvəl “AzPolitika.info”-ya daxil olan məlumatlarda bildirilirdi ki, Beynəlxalq Bankdan kredit götürmüş minlərlə sahibkarın ölkədən çıxışına qadağa qoyulub.

DİN-in sabahkı kollegiya iclasında Beynəlxalq Bank işinin istintaqının geniş müzakirə olunacağı və müvafiq qərarların veriləcəyi gözlənilir.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar