Manat üçün yeni təhlükə - İkinci devalvasiya yaxınlaşır

Rubl və Türk lirəsi 21 Fevraldakı devalvasiyadan sonra Azərbaycan Manatı qarşısında yeni minimum səviyyəyə düşüb.

"Marja" xəbər vrir ki, bu gün (21 Avqust) Mərkəzi Bankdan verilən məlumata görə 1 rubl 0,0154 manata (1000 rubl = 15,4 manat) bərabərdir. Son günlər 1 rubl 0, 0170-0.0160 manat intervalında hərəkət edirdi.

Qeyd edək ki, bu ilin Fevral ayının əvvəlində 1 rubl 0.0113 manata qədər düşmüşdü. 21 Fevralda devalvasiya günü 1 rubl 0.0170 manata qaldırılmışdı.

Mart ayından başlayaraq Rubl Manat qarşısında güclənməyə başlamış, 19 Mayda 0.0213 manata qədər yüksəlmişdi (1000 rubl = 21,3 manat). İyul ayından başlayaraq isə, yenidən Rubl ciddi ucuzlaşmağa başlamışdır.

Son 3 ayda Rubl Manat qarşısında 27,7% ucuzlaşıb (Manat güclənib). Bu, 1000 rublda 5,9 manat ucuzlaşmaya bərabər gəlir.

MANAT TÜRK LİRƏSİ QARŞISINDA DA MÖHKƏMLƏNİR

Manat Türk lirəsi qarşısında da güclənir. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, bu gün (21 Avqust) 1 Türk lirəsi 0,3570 manatadır. Bu ilin 21 Fevralında devalvasiya gün 1 Türk lirəsi 0.4281 manata bərabər edilmişdi. Həmin vaxtdan bu yana Manat Türk lirəsi qarşısında 16,6% bahalaşıb.

Manat Qazaxıstan valyutası qarşısında da güclənir. Dünən 1 Qazaxıstan tengəsi 0.0053 manata idi. Bu gün 1 tengə 0.0042 manata düşüb. Bir gündə Manat Tengə qarşısında 20,7% bahalaşıb. Buna səbəb dünən Qazaxıstanın devalvasiyaya gedərək tengəni sərbəst buraxmasıdır ki, nəticədə də tengə ucuzlaşıb.

ÇIXIŞ YOLU DEVALVASİYADIR

Qeyd edək ki, Manatın əsas ticarət tərəfdaşlarımız olan qonşu ölkələrin valyutaları qarşısında güclənməsi yaxşı hal deyil. Bu tendensiya riski artırır, eyni zamanda Azərbaycanın ixracına və tədiyyə balansına mənfi təsir göstərir. Çıxış yollarından biri yenidən devalvasiyaya gedərək Manatı ucuzlaşdırmaqdır. Bu daha çox bizdən asılı deyil, qonşu respublikalar öz pullarını ucuzlşadıraraq rəqabət qabiliyyətlərini artırmağa cəhd ediblər. Azərbaycan geci-tezi buna cavab verməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar