Şimali Koreya demilitarizasiya zonasına top silahlarını yeridib

Koreya Xalq Demokratik Respublikası Zənubi Koreya ilə sərhəddəki demilitarizasiya zonasına 76,2 mm-lik artilleriya sistemlərini yerləşdirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr qeyd edir ki, demilitarizasiya zonasına artilleriya sistemlərinin yerləşdirilməsi 1953-cü ildə əldə olunmuş atəşkəs barədə sazişə ziddir.

Məlumata görə, hazırda Cənubi Koreya hərbçiləri pilotsuz kəşfiyyat təyyarələrinin vasitəsilə KXDR ordusu və topların sayını müəyyənləşdirir.

Bundan əvvəl ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri dayandırıb, lakin az sonra bərpa edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar