Baş nazir olmaq təklifini alan müxalifət lideri şərtlərini açıqlayıb

Məlum olduğu kimi, Ukrayna prezidenti Viktor Yanukoviç müxalifət liderlərilə dünənki görüşündə “Batkevşina” fraksiyasının rəhbəri Arseniy Yasenyuka baş nazir, ”Udar” fraksiyasının lideri Vitaliy Kliçkoya isə baş nazirin humanitar məsələlər üzrə müavini postunu təklif edib. Bunun əvəzində prezident Qruşevski küçəsinin boşaldılmasını və ölkənin qərb tərəfində zəbt edilmiş vilayətlərin inzıbatı binalarının azad edilməsini istəyib.

Yanukoviçlə görüşdən sonra Arseniy Yasenyuk Ukrayna mətbuatına bildirib: ”Biz bu təklifdən o qədər də məmnun deyilik. Hal-hazırda ölkə iflas vəziyyətindədir, dövlət xəzinəsi isə boşdur. Ona görə də onlar belə bir məsuliyyətdən qaçmaq istəyirlər. Yanukoviç bilmək istəyir ki, biz bu məsuliyyəti qəbul edəcəyikmi? Əgər onun təklifini rədd etsək, onda onlar bizi məsuliyyətdən qaçmaqda günahlandıracaqlar. Əksinə olacağı təqdirdə, yəni onun təklifini qəbul etsək, böyük əksəriyyət bizi xəyanətdə ittiham edəcək. Verəcəyimiz istənilən qərar xalq tərəfindən qəbul edilməlidir. Biz ölkənin taleyi ilə bağlı olan istənilən məsuliyyəti üzərimizə götürməyə hazırıq, ancaq o halda ki, bütün bunlar bizim istədiyimiz şərtlər daxilində olsun”.

Sonra Arseniy Yasenyuk öz şərtlərini açıqlayıb. Həmin şərtlər Avropa Birliyi ilə Ukrayna arasında assosiativ sazişin imzalanması, son hadisələr zamanı həbs olunanların azadlığa buraxılması, 2004-cü ilin Konstitutsiyasına qayıdılması və 16 yanvar tarixində qəbul olunmuş “diktator qanunları”nın ləğv edilməsindən ibarətdir.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar