Neftin 40 dollara düşə biləcəyinin 5 səbəbi

Brent neftinin qiymətinin 40 dollara geriləyərək kritik səviyyələri görə biləcəyinin ən mühüm səbəbləri:

1-Cİ OPEK ÖLKƏLƏRİNİN QİYMƏT MÜHARİBƏSİ

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) xaric ölkələrin neft hasilatı azalsa da, neft kartelində bir ləngimə baş vermir. Bloomberg və Reuters-ın proqnozlarına görə, OPEC-in hasilatı İyul ayında gündəlik 32 milyon bareldən çoxdur (kvota 30 milyon barel). Səudiyyə Ərəbistanı və İraqda istehsal isə rekord səviyyələrdədir.

OPEC ölkələri üçün neft qiymətləri aşağı olsa da, ABŞ və OPEC xaric ölkələr qarşısında bazardakı rəqabətini davam etdirir.

2-Cİ İRAN

OPEC ölkələrinin rekord səviyyədə istehsalı ilə yanaşı, İran da xam neft ixracı bazarına girməyə hazırlaşır. Qərbin İrana tətbiq etdiyi embarqoları ləğv etməsilə, İran gündəlik neft hasilatını 1 milyon barrelə çıxara bilər.

3-CÜ ÇİN VƏ İNKİŞAF EDƏN BAZARLAR

Neftin ucuzlşaması yalnız təklif bolluğundan qaynaqlanmır. Çin iqtisadiyyatına dair narahatlıqlar və inkişaf edən ölkələrin iqtisadiyyatlarının yavaşlaması da neftə olan qlobal tələbatı azaldır.

Çin iqtisadiyyatındakı durğunluq və inkişaf edən bazarlardakı məzənnə müharibələri tələbə də təsir edir. İnvestorlar tələbə olan təzyiqlərin artacağından ehtiyat edirlər.

4-CÜ FED

ABŞ Mərkəzi Bankı Fedin faiz artırımına gedəcəyi gözləntisi dolları gücləndirir. Güclənən dollar isə düşən neft və əmtəə qiymətlərinin arxasındakı ən mühüm səbəbdir. Dünya bazarlarında dollar vasitəsilə satılan əmtəələr, dolların yüksəlməsilə qiymətləri ölkələrin valyutalarında artaraq istehlakçılar üçün bahalaşır. Bu da tələbi azaldır.

5-Cİ AMERİKANIN NEFT İSTEHSALÇILARI

ABŞ-ın bitumlu şist yağı (gilli şistdən əldə edilən neft) istehsalı, ABŞ-ı qlobal xam neft istehsalçıları arasında irəliyə aparıb. ABŞ istehsalçıları şist yağı istehsalında israrlı olsalar da, ABŞ-ın Enerji İnformasiya İdarəsi ölkənin şist yağı istehsalının Avqust ayında gündə 150,000 barelə düşəcəyini təxmin edir. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar