MANATI SİLSİLƏ DEVALVASİYALAR GÖZLƏYİR – Valyuta ehtiyatları təhlükədə

merkezi bank azpolitika“Manatın nəinki 2-ci, hətta 3-cü devalvasiyası da baş verə bilər. Hazırkı daxili iqtisadi vəziyyət və mövcud xarici konyuktura inzibati qayda da tənzimlənən və valyuta ehtiyatlarının azalmasını şərtləndirən manatın məzənnəsini yaxın dövlərdə daim təzyiqlər altında saxlayacaq”.

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Onun fikrincə, nə qədər ki, Mərkəzi Bank milli valyutanı bazara müdaxilə yolu ilə tənzimləyəcək bir o qədər də manatın taleyi ilə bağlı narahatçılıq qalacaq.

“Odur ki, Azərbaycan manatının xilas yolu ilk növbədə valyuta bazarının və bütövlükdə iqtisadiyyatın liberallaşmasından keçir. Əks tədqirdə, əgər islahatlar aparılmayacaqsa, manatın nəinki 2-ci, hətta 3-cu devalvasiyası da baş verə bilər.

Hazırkı siyasətin davam etdirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının tamamilə xərclənməsinə gətirib çıxaracaq və bu halda həm valyuta ehtiyatlarını və həm də manatın dəyərini sürətlə itirə bilərik. Yeganə yol islahatlardan keçir, islahatların nəinki keçirilməməsi, hətta ləngidilməsi belə Azərbaycan maliyyə-bank sistemini iflasa aparacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar