"ZİYA MƏMMƏDOVU DEVİRMƏK İSTƏYƏNLƏR YANINDADIR"- Cümşüd Nuriyev kimə işarə vurdu?

“Vaxtilə mən də Ziya Məmmədovu tənqid eləmişəm. Bir qədər araşdırma apardım və çox maraqlı faktla qarşılaşdım. Deməli, Ziya Məmmədova hücumlar bir neçə adam tərəfindən həyata keçirilir”.

Bunları “Reytinq” qəzetinə müsahibəsində keçmiş deputat Cümşüd Nuriyev deyib. O, bildirib ki, həmin qüvvələr Ziya Məmmədovu nəqliyyat sahəsində görmək istəmir: “Həmin adamlar tamam ayrı bölgənin nümayəndələridir. Onlar bu sahəni ələ keçirmək üçün Ziya Məmmədovu zərərsizləşdirməyə çalışırlar.

Təəssüf ki, o adamlardan bəziləri Ziya Məmmədovun yanında çalışır və nazir olmaq istəyirlər. Hakimiyyət daxilindəki qruplaşmanın nəyinə lazımdır ki, Ziya Məmmədovu zərərsizləşdirsin? Həmin adamlar onsuz da nazirdir, ordan gəlib nəqliyyat naziri olmayacaqlar ki.

Ancaq onu deyə bilərəm ki, Ziya Məmmədovu zərərsizləşdirmək istəyənlərin arasında parlamentdə təmsil olunan bir-iki adam da var".

Lakin Cümşüd Nuriyev konkret ad çəkməyib: “Mən heç kesə işarə vermirəm, nə də kimsənin adını çəkirəm. Xahiş edirəm, mənim əvəzimdən kiminsə adını hallandırmayın. Mən deyirəm ki, Ziya Məmmədova cəbhə açanlar arasında həm Nəqliyyat Nazirliyində, həm Milli Məclisdə, həm də biznes strukturlarında çalışanlar var. Bir sözlə, Milli Məclisdə, Nəqliyyat Nazirliyində və biznes sahəsində Ziya Məmmədovun postuna göz dikənlər var”.

Qeyd edək ki, Cümşüd Nuriyev heç kəsə işarə vurmadığını desə də, söylədiklərindən belə ehtimal yaranır ki, Ziya Məmmədovu devirmək istəyən şəxs Cavid Qurbanovdur. Çünki Cavid Qurbanov Cümşüd Nuriyevin iddia etdiyi kimi, həm başqa bölgənin nümayəndəsidir, həm parlamentdə təmsil olunur, həm də biznesi var. İkinci bir tərəfdən də, Ziya Məmmədovun ətrafında Cavid Qurbanovdan başqa onun yerinə iddia edə biləcək şəviyyədə imkanları olan şəxs yoxdur. Nəzərə alsaq ki, Cavid Qurbanov hakim ailə ilə də qohumluq əlaqələrinə mlikdir, onun nazir olmaq iddialarını təbii qarşılamaq lazımdır.

Ancaq bu heç də Ziya Məmmədova qarşı hücumların Cavid Qurbanov tərəfindən təşkil olunduğunu söyləməyə əsas vermir. Ən az ona görə ki, bu hücumlarda Ziya Məmmədovla yanaşı Cavid Qurbanov da "vurulur." Bəzən isə Cavid Qurbanov daha çox hədəfə çıxarılır, nəinki Ziya Məmmədov. Bu isə hər iki şəxsin eyni zamanda hakimiyyət daxilindəki başqa bir qrupun hədəfində olsuğunu söyəməyə əsas verir. Hansı ki, Cümşüd Nuriyevin də bu qrupa yaxınlığı barədə məlumatlar dolaşır.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar