Azərbaycan Ordusunun daha bir zabiti şəhid olub

Azərbaycan Ordusu daha bir şəhid verib. APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb. Ordumuzun zabiti, leytenant Səbuhi Rüstəm oğlu Əzizov düşmən gülləsinə tuş gəlib.

Nəticədə güllə yarası alan zabit şəhid olub.

S. Əzizov Şirvan şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə leytenant Əzizov Səbuhi Rüstəm oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Qeyd edək ki, bir neçə gün əvvəl Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun zabiti, kapitan Elnur Cəfərov da şəhid olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar