Xəstəyə diaqnoz qoya biləcək kompyuter hazırlanır

Bloomberg agentliyinin məlumatına görə, IBM korporasiyası öz superkompyuteri olan “Watson”un inkişafına bir milyard dollar xərcləyəcəyini bəyan edib. Məlumatda bildirilir ki, həmin məbləğın 100 milyon dolları “Watson” üçün xüsusi hissələr hazırlayacaq şirkətlərə veriləcək. İBM Maykl Rodinin rəhbərliyi altındakı “Watson”la əlaqədar olan bölməsındə iki min nəfərin işləməsini nəzərdə tutub. M.Rodin bundan əvvəl İBM-də proqram məsələlərinin həlli bölməsinin vitse- prezidenti vəzifəsində işləyib.

İBM şirkəti belə hesab edir ki, “Watson” kompyuteri çox yaxın zamanlarda şirkətə il ərzində 10 mlrd dollarlıq gəlir gətirəcək. “Watson” super kompyuteri təbii insan dili ilə verilmiş sualları cavablandırmaq bacarığına malikdir. 2011-ci ildə “Watson” ABŞ-da keçirilən “Jepardy” adlı viktorina proqramında bu yarışda iştirak edən canlı rəqiblərinə böyük hesabla qalib gəlmişdi. 2013-cü ildə ABŞ-da “Watson”dan onkoloji xəstələrə diaqnoz qoymaq və banklardakı investisiya risqlərinin hesablanmasına köməklik göstərilməsi məqsədilə istifadə edilib. Xəstəxanada diaqnoz qoymamışdan əvvəl “Watson” iki illik ”təhsili” zamanı iki milyon səhifəlik 605 min tibbi sənədlə tanış olub və eyni zamanda da 25 min xəstəlik tarixini də analiz edib. Bu super kompyuter nəinki düzgün diaqnoz qoymağı bacarır, o həmçinin xəstəlik zamanı hansı müalicə üsulundan istifadə olunmasını da bilir. “Watson”un mühəndisləri bildirirlər ki, komyuter bir çox hallarda həkimlərdən daha yaxşı diaqnoz qoymağı bacarır.

Well Point şirkətinin nümayəndəsi mətbuat konfransı keçirərək “Watson”un xüssi özəllikləri barədə məlumat verib. O bildirib ki, ABŞ-da ağ ciyər xərçənginin diaqnozundan sonrakı optimal düzgün müalicə, təxminən 50% təşkil edir. Ancaq “Watson”un dəqiq müalicə üsulu isə 90% ə çatır. WellPoint şirkəti İBM “Watson”un tibbi müəssisələr üzrə eksklüziv resseleridir (satış təşkililatçısı). Mütəxəssislər bildirir ki, yaxın zamanlarda “Watson”un möhtəşəm intellektual imkanlarından sadə vətəndaşlar da istifadə edə biləcəklər. Şirkət bu super kompyuterı İBM-in banisi olan Tomas Watsonun şərəfinə adlandırıb.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar