​Müsavatda növbəti istefalar

MusavatMüsavat Partiyasının Binəqədi rayon təşkilatının Dərnəgül özəyinin sədri Arif Əziz istefa verib.

Bu barədə "Report"a Müsavatın Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli bildirib.

O deyib ki, istefa partiyanın Binəqədi rayon təşkilatının Şura iclası zamanı olub: "İclasda partiyanın Dərnəgül özəyinin sədri Arif Əziz və Şura üzvü Hümbət Məmmədli istefa verib. Onlar Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsinə etiraz olaraq bu addımı atıblar".

Arif Əziz "Report"a açıqlamasında Müsavat Partiyasından istefa verdiyini təsdiqləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar