İran Rusiyaya qarşı 4 milyardlıq iddiasını geri götürdü!

«İnterfaks» agentliyinin yaydığı məlumata görə, İran İslam Respublikası (İİR) C-300 zenit-raket komplekslərinin satışından imtina etdiyinə görə, Rusiyaya qarşı qaldırmış olduğu 4 milyard dollarlıq iddiasını geri götürüb («Exo Moskvı»).

Xəbərdə deyilir ki, bu barədə razılaşma İİR müdafiə nazirinin bu günlərdə Rusiyaya etdiyi səfər zamanı əldə olunub. Bu da yeni kontraktın bağlanması üçün artıq ortada heç bir maneənin qalmadığı anlamına gəlir.

Xatırladaq ki, İİR «Rosoboroneksport»a qarşı həmin iddianı Genevrə məhkəməsində qaldırmışdı.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar