Kremlin “boz kardinalı” azərbaycanlı oliqarxlarxa qarşı

Rusiyada prezident Vladimir Putinin yaxın dostlarının çevrəsinə daxil olan Kremlin “boz kardinalı” hesab edilən “Rosneft” prezidenti İqor Seçinlə azərbaycanlı neft maqnatı, “LUKoil” prezidenti Vahid Ələkbərov arasında əsl müharibə gedir.Virtualaz.org saytı xəbər verir ki, buna səbəb “Rosneft”in “LUKoil”u Rusiyanın Arktika şelfində, Şərqi-Taymır yataqlarında işləməyə buraxmamaq cəhdləridir.

Yeraltı sərvətlərin istismarına dair lisenziya verən dövlət orqanı “Rosnedr” Vahid Ələkbərovun şirkətinə bu yataqlarda işləmək üçün lisenziya versə də “Rosneft” məhkəmə iddiası qaldıraraq bu lisenziyanın ləğvinə nail olub - ən azı ilkin instansiya məhkəməsində...

Moskva Arbitraj Məhkəməsi “Rosneft”in iddiasını təmin edərək “LUKoil”a Krasnoyarsk diyarının Şərqi-Taymır hissəsində yeraltı sərvətlərin istismarına dair verilmiş lisenziyanı dayandırıb.

“Rosneft”in bu iddiası “Rosnedr”ə qarşı qaldırılmışdı və orada müsabiqə komissiyası şərtləri kobud şəkildı pozmaqda ittiham olunurdu. “Rosneft” hesab edirdi ki, “LUKoil”a müvafiq lisenziyanın verilməsi qanuni deyil.

Bundan sonra mətbuatda “Rosneft”i tənqid edən məqalələr çıxmağa başladı və dövlət şirkətinin Arktika şelfindəki fəaliyyəti tənqid olundu. Bildirildi ki, “Rosneft” özəl şirkətləri Arktika şelfinə buraxmamaqla bu yataqları inhisara alır, eyni zamanda özü yetərli səviyyədə kəşfiyyat-qazma işləri aparmır.

Bu tənqidlərə cavab olaraq “Rosneft”in ictimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti, ORT kanalındakı “Lakin” (“Odnako”) adlı verilişin aparıcısı Mixail Leontyev mətbuat konfransı keçirərək “LUKoil”u dövlət şirkətinə qarşı mətbuatda qara piar aparmaqda ittiham edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar