Jurnalistlər üçün yeni bina ilə bağlı tender elan edildi
Baxiş sayı:
Dərc olunub:
14/09/2013 - 11:13
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün yeni binanın tikintisinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib.
Bu barədə Trend-ə fonddan məlumat verilib.
17 mərtəbəli, üç girişli yaşayış binası Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi Yeni Salyan yolu ünvanında tikiləcək.
Fond sənədləri 18 sentyabrdan 27 sentyabra qədər iş günləri saat 10:00-dan 16:00-dək qəbul edir.
Sorğuda iştirak etmək istəyənlər (+99412) 5371941 telefon nömrəsi və ya Bakı şəhəri, Mətbuat prospekti, 529 məhəlləsinə ünvanına müraciət edə bilərlər.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.