GÖMRÜK KOMİTƏSİ BANAN İDXALINI LEQALLAŞDIRIR - 3 dəfə artım

Azərbaycanda tropik meyvə idxalı leqallaşdırılır. Gömrük Komitəsinin məlumatı bunu sübut edir.Bu ilin 6 ayında ölkəyə 12 425,1 ton banan idxal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 3 dəfə çoxdur. Rüblük hesablamada tədarük dinamikası sabitdir. İkinci rübdə Ekvadorda I rübdəki qədər – 6,7 min ton alınıb. Malın kq-ı gömrükdə 0,94 dollar bəyan edilib. Pərakəndə satışda 1 kq banan 2 manatdan ucuz deyil.2014-cü ildə banan idxalının həcmi 7 min 630 ton olub.

Turan İA noyabrda “Tropik mafiya” adlı araşdırma dərc edib (http://goo.gl/RPEbQk). Orda analiz əsasında DGK-nın tropik meyvə idxalının həcmi barədə məlumatı şübhəyə alınıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatına görə, tropik meyvə idxalı ilə əsasən “Natural Fruit” (2013-cü ilin noyabrında təsis edilib) MMC məşğul olur. Vergilər Nazirliyinin məlumatına görə, şirkət hazırda ləğv edilməkdədir. Bu şirkət limon və portağalın da vahid idxalçısı idi.

Dövlətstatkoma görə, 2014-cü ilin yanvar-iyununda Azərbaycan limon idxal etməyib, portağal idxalı isə 4,2 ton olub. 2015-ci ilin eyni dövründə limon idxalı 6 min 70,4 ton (1 milyon 837,3 min dollar), portağal idxalı 10 163,7 ton (3 milyon 86,1 min dollar) olub. Maraqlıdır ki, rəqəmlərdə ziddiyyət olsa da, Azərbaycanda bu meyvələrin qıtlığı müşahidə edilməyib. Ötən il də onların qıtlığı olmayıb. Beləliklə, tropik meyvə idxalı üzrə yeni göstəriciləri bu biznesin leqallaşması ilə bağlamaq olar.

Qeyd edək ki, limon CAR, Türkiyə və İspaniyadan, portağal İran, Misir, Pakistan və Türkiyədən idxal edilir.

Digər tropik və sitrus meyvələri inhisarçı əsasda “Aqro-Vest İMP” MMC həyata keçirir.

Limon və portağal idxalında yerli istehsalın payı azdır: 2014-cü ildə 3966 to limon (-8%) və 1584 ton (+1,3%) portağal istehsal edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar