ÇİN RUSİYADAN ÜZ DÖNDƏRİR! - “Böhran yenidən hərəkətlənib, iqtisadiyyat çökür”

Rusiyada iqtisadi böhran yenidən hərəkətlənib. Rubl, dollar qarşısında geriləməyini davam etdirir. Hazırkı çalxantıların səbəbi Çinin enerji daşıyıcılarına olan tələbinin azalması ilə izah edilir.

Son həftələr Rusiya iqtisadiyyatı neftin qiymətinin aşağı düşməsi və Çinin iqtisadi böyümə tempinin ləngiməsi fonunda uzun sürən geriləmə ilə qarşılaşıb. Rubl dollar və avroya nisbətdə may ayından indiyədək ən sərt düşüşünü yaşayır. Rublun məzənnəsinin aşağı düşməsi və Rusiya tərəfindən Qərdən gətirilən ərzaq məhsullarına qarşı tətbiq edilən sanksiyalar, inflyasiyanın 15% artmasına səbəb olub. Bu isə Rusiyadakı məvacib və pensiyaların artım tempindən üç dəfə çoxdur. (Calcalist-İsrail)

Həmçinin rublun məzənnəsinin sabitləşdirilməsinə cəhd edildiyinə görə, Rusiyanın qızıl–valyuta ehtiyatı da il ərzində 30% azalıb. Şübhə yoxdur ki, baş verən böhran neftin qiyməti ilə əlaqədardır. Qiymətin aşağı düşməsi enerji resurslarından asılı olan Rusiya iqtisadiyyatına təsirsiz ötüşümür. Vəziyyəti dəyişmək üşün Kremlin uzun illər ərzində göstərdiyi bütün səylərə baxmayaraq, hələ də dövlət gəlirlərinin 60%-i enerji daşıyıcıları ixracından asılı olaraq qalır.

Putin Çinə arxayın olmaqla səhvə yol verib

3CINRusiya iqtisadiyyatına təkcə neft qiymətləri deyil, həmçinin Şanxay birjası indeksinin 8% aşağı yuvarlanması da təsir göstərib. Qərblə münasibətləri kəskin pisləşən Rusiya, iqtisadiyyatını inkişaf etməkdə olan ölkələrə və ilk növbədə Çinə doğru istiqamətləndirməyə başlayıb.

Rusiya prezidenti Vladimir Putinin qənaətinə görə, 1,3 milyardlıq əhalisi və 3,7 trilyon dollarlıq qızıl-valyuta ehtiyatına malik Çin, yeni bir güc kimi Avropanın layıqli alternativi ola biləcək. Ona görə də, Rusiya çox böyük sevinclə “Asiya İnfrastruktur və İnvestisiya Bankı”na qoşuldu və hətta bu şirkətin səhmlərinin üçüncü ən böyük pay sahibinə də çevrildi.

Rusiya həmçinin Braziliya, Çin, Hindistan və Cənubu Afrika Respublikasının təmsil olunduğu BRİCS təşkilatında da fəal mövqe nümayiş etdirir. Digər tərəfdən isə iqtisadi, siyasi və təhlükəsizlik sferası üzrə Şanxay Əməkdaşlıq Təşkilatında da mühüm koordinativ əlaqələr qurur. Bütün bu layihələrdə Çin Rusiyanın əsas tərəfdaşıdır. Çin, həmçinin Putin tərəfindən yaradılmış və bir neçə post-sovet respublikalarını da özündə bilrləşdirən Avrasiya İqtisadi İttifaqına da qoşulmağı planlaşdırır. Rusiya ilə Çin bir sıra ikitərəfli müqavilələr də imzalayıb. Moskva və Pekin 24 miyard dollar ekvivalent həcmindəki yuan və rublun dollara çevrilmədən birbaşa dəyişdirilməsi məsələsində də razılığa gəliblər. Bu Çin üçün Tayvan və Yeni Zelandiya da daxil olmaqla, bir neçə ölkə ilə apardığı sövdələşmələrdən biri olsa da, lakin Rusiya üçün öz dəyərsizləşən valyutasının müdafiəsi üçün yeni nəfəs idi. Rusiyanın nöqteyi-nəzərinə görə, iki ölkə arasındakı ən mühüm münasibət enerji sferasıdır.

Bu ilin may ayında Rusiya və Çin “Sibirin gücü-2” qaz kəmərinin çəkilməsi ilə əlaqədar müqavilə imzalayıblar. Hələ keçən il otuz il müddətində Çinə 400 milyard dollarlıq qazın nəql olunması ilə bağlı da müqavilə bağlayıblar. Amma Rusiya və Qərb KİV-lərinin məlumatına görə, Çin indi həmin müqaviləni pozmaq haqqında düşünür. Buna səbəb kimi isə təbii qazın qiymətinin aşağı düşməsi göstərilir. Çin bu sövdələşmədə gəlir itirmək fikrində deyil. Həmin müqavilənin pozulmasına yol açacaq digər səbəb isə qaz xəttinin çəkilişi üçün Rusiyanın əlavə maliyyə istəməsidir. Razılşmaya görə maliyyə xərclərini gələcəkdə əldə olunacaq gəlirlər bağlamalıdır. Lakin bəllidir ki, qazın qiyməti aşağı düşür və bunun gələcəkdə də belə olmayacağına isə heç bir təminat yoxdur. Çin ilə Rusiya arasındakı neft ticarəti də yaxşı vəziyyətdə deyil. Beləki, ”Bloomberg” –in verdiyi məlumata görə, Çinə neft göndərilməsi məsələsində Anqola artıq Rusiyanı geridə qoyub.

Həmçinin Çinin Rusiya iqtisadiyyatına qoyduğu investisiyanın həcmi də azalıb.

Çin Xalq Respublikasının Kommersiya Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin direktoru Lin Çzi “TASS” agentliyinə verdiyi müsahibəsində bildirib ki, keçən il ilə müqayisədə Çinin Rusiyaya qoyduğu investisiyanın həcmi 20% azalıb. Onun sözlərinə görə, bu xüsusi olaraq edilməyib, sadəcə olaraq ticarət dövriyyəsinin həcmi azalıb. Amma ekspertlərin fikrinə gərə, Çin Rusiyadakı vəziyyətin pisləşəcəyindən ehtiyat edir. Digər tərəfdən isə investorlar Çin bazarının da sabit qalacağına da tam əmin deyillər.

Böhranla mübarizə biznesmenlərə də zərbə vurub

PAV57f2b3_putin_rublSon aylar Rusiya hökuməti və Rusiya Mərkəzi Bankı, iqtisadi böhrana qarşı aqressiv tədbirlər həyata keçiriblər. Mərkəzi Bank faiz uçot dərəcələrini 6,5% yüksəldib , hökumət isə dövlət xərclərini on faizə qədər azaldıb və energetika ilə əlaqədar olmayan sənaye sektorunun inkişafının stimullaşdırılmasına cəhd göstərilib. Belə güman olunurdu ki, böhranın zirvə nöqtəsi artıq geridə qalıb və valyuta məzənnəsi bir dollar üçün 50 rubl, bir avro üçün isə 55 avro səviyyəsində qərarlaşacaq. Ancaq uçot faiz dərəcəsinin yüksəldilməsi Rusiya biznesmenlərinə ağır zərbə endirib. İflas bayrağını qaldıran şirkətlərin sayı əvvəlki ilə nisbətən 30% artıb.

Mərkəzi Bankın sonradan faiz dərəcələrini bir neçə dəfə aşağıya salmasına baxmayaraq, hər ay daha çox vətəndaş işsizlər dəstəsinə qoşulur.

Bu yaxınlarda “İnterfaks” agentliyinə müsahibəsində baş nazir Dmitri Medvedyev rublun normal məzənnəyə dönməsi üçün hökumətin hər şeyi edəcəyinə dair söz verib. Onun sözlərinə görə, rublun məzənnəsinin aşağı düşməsinə tezliklə son qoyulacaq. Rublun məzənnəsinin neftin qiymətindəki hərəkətliliklə bağlı olması faktını Rusiyanın baş naziri də etiraf edib.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar