Sankt-Peterburqda azərbaycanlılar arasında dava: 1 nəfər öldü

"Apraksin dvor"da baş verən hadisə zamanı daha 2 nəfər yaralanıb

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılar arasında münaqişə baş verib.

APA-nın “konkretno.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə şəhərin məşhur “Apraksin dvor” ticarət mərkəzində baş verib. Qarşıdurma zamanı 28, 31 və 32 yaşlı 3 azərbaycanlı bıçaq xəsarəti alıb. Onlardan biri xəstəxanaya aparılarkən təcili tibbi yardım maşınında ölüb. Digərləri isə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanıb. Hadisənin motivi hələlik bəlli deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar