Böhran “ən pis ssenari” fazasına keçib

Azərbaycanda 2015-ci ilin fevralında manatın devalvasiyasından etibarən özünü açıq-aşkar göstərən maliyyə böhranı neft qiymətlərinin növbəti dəfə ucuzlaşmasından sonra “ən pis ssenari” inkişaf fazasına keçib.

Aprelin əvvəllərində İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) ekspertləri böhran vəziyyətinin üç inkişaf ssenarisinə baxmışdılar – nikbin, aralıq və bədbin.

Nikbin, amma çox az real olan ssenari ilin ikinci yarısında bir barel neftin 90-100 dollar qiymətinə və 1 dollar = 0,95 manat nisbətinə əsaslanırdı.

Aralıq ssenari bir barel neft qiymətlərinin 55-60 dollar hüdudunda qalmasını nəzərdə tuturdu. Bu halda Mərkəzi Bankın valyuta kursunu payıza qədər 5,0% dəhlizi çərçivəsində dəyişməyə və 1 dollar = 1.04 – 1.10 manat nisbətini təmin etməyə çalışacağı proqnozlaşdırılırdı.

Bədbin ssenari bir barel neft qiymətinin 40 dollardan aşağı olmasına əsaslanırdı. Mərkəzi Bank elan edib ki, bu, kəsik xəttidir, belə ki, ölkənin ödəniş balansı defisitli olacaq. Dünya bazarında neftin bir barelinin qiyməti 40 dollardan aşağı düşərsə, daha çox valyuta əldə edilməyəcək. Bu halda manatın növbəti devalvasiyası qaçılmaz olub. CESD-də də hesab edirdilər ki, manat 2015-ci ilin sonuna doğru yenidən təxminən 30%-ə qədər dəyərini itirə bilər.

Azərbaycan Mərkəzi Bankı aprelin 2-də elan edib ki, valyuta siyasətində heç bir kəskin dəyişiklik gözlənilmir, çünki neft qiymətləri, çox güman ki, ilin sonuna qədər 50-55 dollar səviyyəsində qalacaq: “Azərbaycanın milli valyutasının – manatın məzənnəsinin bu ilin payızına qədər dəyişəcəyi ehtimalı azdır, belə ki, bu proses dünya bazarında neftin qiymətləri ilə bağlıdır”. Yəni AMB daha çox aralıq ssenariyə meyl edirdi.

Bununla belə, MB valyuta ehtiyatları azalacağı təqdirdə əvvəlki kimi mümkün variantlardan biri olaraq manatın növbəti devalvasiyasını mümkün hesab edirdi. Dünya bazarında neft qiymətlərinin ucuzlaşması ilə əlaqədar Azərbaycanda 2014-cü ilin avqustundan Mərkəzi Bankın müdaxiləsinə xərclər artıb. Müdaxilə xərcləri ilə əlaqədar təkcə 2015-ci ilin yanvarında valyuta ehtiyatları 8,0% azalaraq 11,766 mlrd. dollar təşkil edib. Fevralda MB 1,676 mlrd. dollarlıq əlavə müdaxilə həyata keçirib və Mərkəzi Bankın valyuta ehtiyatları daha 13,2% azalıb. MB-nin müdaxiləsi martda da davam edib və Bank daha 1,0 mlrd. dollar itirib. Neft qiymətlərinin düşməsi ilə əlaqədar MB-nin valyuta ehtiyatları təxminən 6,0 mlrd. dollar azalıb. Neftin aşağı qiyməti yaxın aylarda milli valyutanın məzənnəsinin düşməsinə təkan verəcək, deyə CESD qeyd edirdi.

Mərkəzi Bank növbəti devalvasiyanı istisna etməsə də, üzən məzənnəyə keçid variantını qətiyyətlə istisna edirdi. “Manatın üzən məzənnəsinə keçid hazırda mümkün deyil, belə ki, müdaxilələri dayandırsaq, manatın məzənnəsində kəskin sıçrayışar ola bilər. Bir gündə milli valyutanın məzənnəsi 20% və daha çox dəyişə bilər ki, bu da ölkədə iqtisadi münasibətlərə mənfi təsir göstərər”, deyə AMB qeyd edirdi.

Bundan sonra nə gözləmək olar? Əhalinin əksəriyyəti üçün bədbin ssenari yalnız problemlər vəd edir və onlar artıq başlayıb. İnflyasiyanın artması, demək olar ki, qaçılmaz olur, həm də onun səviyyəsi manatın yavaş-yavaş devalvasiyası zamanı gözlənilən bir rəgəmli inflyasiyadan, demək olar ki, müəyyən dərəcədə çox olacaq. Dünya Bankı artıq 2015-ci ilin yekunlarına görə 10%-dən çox inflyasiya proqnozlaşdırıb. Əslində dollar xərcləri ilə bağlı olan sahələrdə - ticarət, turizm, yaşayış və kommersiya əmlakı bazarı, inşaat və s. sahələrdə qiymətlərin bahalaşması dərhal başlayıb. Kreditləşmə ilə bağlı gələcək problemlər gözləmək olar, xüsusən, valyuta ilə kreditləşmədə. Sabit valyuta ilə kredit götürmüş borcluların, xüsusən idxalçıların kreditləri qaytarması çətindir. Bir çox banklar kritik həddə getdikcə daha çox yaxınlaşır, bu, kreditlərin qaytarılmaması dərəcəsinin yüksək olmasında, kreditləşmə səviyyəsinin aşağı olmasında, depozitçilərin öz kapitallarını götürməsində, valyuta aclığında özünü göstərir.

Ümid etmək lazımdır ki, hökumət hazırki vəziyyətin bütün sosial risklərini başa düşür. Cəmiyyətin xülyalarının sonu gəlib. Hakimiyyət və cəmiyyət arasında gizli ictimai m&u

Cəmiyyətin xülyalarının sonu gəlib. Hakimiyyət və cəmiyyət arasında gizli ictimai müqavilə pozulub və bu, çətinliklər təhlükəsi yaradır.

uml;qavilə pozulub və bu, çətinliklər təhlükəsi yaradır. Axı o, sabitliyə və tələsmədən, yavaş-yavaş irəliləməyə əsaslanırdı. Son yarım ildə hökumətin sənayeni inkişaf etdirmək, qeyri-neft məhsullarının ixracına başlamaq kimi uğursuz cəhdlər qeydə alınıb. İqtisadiyyat çətin dövrə qədəm qoyub.

Hələlik Nazirlər Kabineti böhrandan çıxış yolları təklif etmir, baxmayaraq ki, müxtəlif mənbələr antiböhran və islahat tədbirləri paketinin mövcud olduğunu bildirir. Bu, dolayı yolla Dünya Bankının Azərbaycanla 2015-2020-ci illər üçün tərəfdaşlıq üzrə çərçivə sənədini təsdiq edir. Sənəd Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının və Çoxtərəfli İnvestisiya Zəmanətləri üzrə Agentliyin Azərbaycanda sabit, inklyuziv və özəl sektora yönəlmiş inkişafın dəstəklənməsi üzrə əməliyyatlarını tənzimləmək məqsədi daşıyır.

DB sənəd çərçivəsində ölkədə yoxsulluğun əhalinin 5%-nə qədər azalacağını, orta sinfin 4%-dən 29%-ə qədər artacağını qeyd edirdi.

Real ÜDM 2015-ci ildə 1,5%-ə qədər endikdən sonra 2016-cı ildə 2,6%-ə, 2017-ci ildə 2,7%-ə qədər artacaq.

Nominal ÜDM 2014-cü ildə 58,9 mlrd. manatdan 2015-ci ildə 52,6 mlrd. manata qədər ucuzlaşdıqdan sonra, 2016-cı ildə 56,5 mlrd. manata və 2017-ci ildə 60,4 mlrd. manata qədər yüksələcək.

Qeyri-neft ÜDM 2015-ci ildə 3,6%-dən 2016-cı ildə 3,8%-ə və 2017-ci ildə 3,9%-ə qədər yavaş-yavaş artacaq.

Adambaşına düşən ÜDM 2014-cü ildə 7,938 dollardan 2015-ci ildə 5,447 dollara qədər düşdükdən sonra 2016-cı ildə 5,778 dollara, 2017-ci ildə isə 6,094 dollara qədər artacaq.

2015-ci ildə inflyasiya ikirəqəmli – 10,0% olacaq, 2016-cı ildə 4,6%-ə, 2017-ci ildə 3,5%-ə qədər azalacaq.

Çətin ki, DB islahatlarsız və hökumətin bununla bağlı zəmanəti olmadan mümkün olmayan belə bir mənzərə proqnozlaşdırardı.

Skeptiklər etiraz edə bilərlər ki, idarəetmə və institusional quruculuq, korrupsiyanın azalması və dövlət sektorunun effektivliyinin artırılmasının mərkəzi yeri tutduğu, iqtisadiyyatın 19 sahəsini əhatə edən DB-nin Azərbaycanla 2011-2014-cü illər üçün Əməkdaşlıq Strategiyası nəzərəçarpacaq müsbət dəyişikliklərə gətirib çıxarmayıb. Və onlar öz şübhəli yanaşmalarında haqlıdırlar. Amma nəzərə almaq lazımdır ki, strategiyanın uğursuzluğu neftin istehsalın nisbətən sabit və neft gəlirlərinin yüksək olduğu dövrdə baş verib, hökumətin düşüncəsinə görə, onlara təhlükə yox idi.

Bu gün mənzərə tamamilə ziddir və təxirəsalınmaz antiböhran doktrinasının qəbul edilməsi qaçılmaz hal alır və ayrı-ayrı davranış tədbirləri artıq çərçivə sənədində əksini tapıb. Hazırki neft trendi vəziyyətə əlavə təfərrüatlar gətirir ki, bu da əlavə antiböhran addımlarının atılması zərurətini diktə edir.

Təəssüf ki, hələlik hökumət müstəqil iqtisadçılar düşərgəsindən səslənən təşəbbüsləri və çağırışları eşitmir, əksinə, onları təqib edir və ya məhdudlaşdırır.

Ekspertlər ilk addım olaraq onların da iştirakı ilə antiböhran mərkəzi yaradılmasını görürlər, belə ki, hökumətin yeni çağırışlara cavab verməkdə və antiböhran idarəetməsində təcrübəsi azdır. Əsasən yanılmaların məhsulu olan hazırki böhran vəziyyəti də onların doğru olduğunu göstərir.

İkincisi, onlar təxirəsalınmaz korrupsiyaya qarşı mübarizə tədbirləri görülməsini, rəqabət məcəlləsi qəbul edilməsini, inhisarların məhdudlaşdırılmasını, istehlakçı bazarında inflyasiyanın endirilməsini təklif edirlər.

Üçüncüsü, xarici investisiyaların maneəsiz daxil olması üçün şərait yaratmaq, biznes üçün maneələri aradan qaldırmaq və mülkiyyət hüququna zəmanət vermək.

Dördüncüsü, həm iqtisadi, həm də siyasi sistemin liberallaşdırılmasına başlamaq.

Hökumət ictimai təşəbbüsləri dinləməli və dərman və aviabilet qiymətlərinin ucuzlaşdırılması kimi inzibati vasitələrə əl atmaq yerinə, bütün təbəqələri böhrandan çıxış və sabit siyasi-iqtisadi sistemin yaradılması üzrə quruculuq fəaliyyətinə daxil etmək üçün cəmiyyətə başqa perspektivlər vəd etməlidir.

Turan Analitika Xidməti

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar