Pakistan dünyanın 3-cü nüvə gücü ola bilər! - Ekspertlər

Pakistan hər il 20 atom bombası yaradır və yaxın 10 ildə dünyanın nəhəng nüvə gücünə çevrilə bilər. Beynəlxalq sülh uğrunda Karnegi Fondunun və Stimson Mərkəzinin ekspertləri bu nəticəyə gəliblər (Rosbalt).

Hər iki təşkilatın yeni məruzəsində deyilir ki, Pakistanın nüvə döyüş başlıqlarının sayı 350-yə qədər arta bilər. Bu da ABŞ və Rusiyadan sonra üçüncü göstərici deməkdir. Müəlliflər Pakistanın nüvə potensialını artırmaq cəhdlərini özünün başlıca rəqibi olan Hindistandan geri qalmamaq istəyi ilə izah edirlər.

«Əgər önləyici tədbirlər kömək etməsə, o zaman düşünmək olar ki, Pakistanın Hindistanla nüvə müharibəsini uduzmaq perspektivli arzusu da olmaz» - deyə məruzədə qeyd olunur. Eyni zamanda qeyd edilir ki, nüvə poensialının aqressiv şəkildə artırılması Pakistana baha başa gələ bilər.

Məruzədə bu barədə deyilir: «Ölkədə əhalinin, mühüm sosial və təhsil tələblərinin sürətlə artması, sərt enerji defisiti, eyni zamanda məhkəmə və hüquq-mühafizə sistemlərinin möhkəmləndirilməsi tələblərinin yüksəlməsi şəraitində İslamabad yaxın 10 ildə artacağı gözlənilən nüvə kreditləri üzrə ödənişləri özünə rəva görə bilməz».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar